Xəyallar...

Xəyallar...
Xəstəliklər və müalicəsi
10.09.2017 18
Xəyallarımız bizim özümüzdür. Özümüz xəyallarımızdır.



Gələcəyə dair həmişə istəklərimiz, planlarımız, xülyalarımız vardır, ağlımıza gəldiyində üzümüzdə təbəssüm yaradan.

Bəzi insanlar, sonralar kədərlənməmək üçün, xəyal qırıqlığı yaşamamaq üçün xəyal qurarkən sərhədləri aşmamağın lazım olduğunu söyləyərlər. Realist olmağımızı daha çox istəyərlər.



Bəziləri isə xəyallarımızda yaşadığımızı, xəyal qurarkən tamamilə azad olduğumuz üçün, təxəyyülümüzün sərhədlərini bilməmiz lazım olduğunu söyləyərlər.

Bəziləri isə insanın xəyal qurmaması üçün nəsihət edərlər.



Amma xəyallarının arxasından getməyini söyləyən sözlər, ya da xəyallarına çatmış bir insanla qarşılaşmaq çox xoşbəxt edər, ümid verər insana. Motivasiya edər, yaxşı təsir bağışlayar.



Walt Disney demiş ki: "Xəyal qurursunuzsa, edə bilərsiniz. Hər şeyin bir düşüncəylə başladığını heç vaxt ağlınızdan çıxartmayın". Bu cür sözlər çox xoşbəxt edir insanı. Xəyal etdiyini, hətta xəyal etdiyindən daha da çoxunu yaşamaq bir insan üçün nə böyük bir şansdır.



Bəzən bizi xoşbəxt edə biləcək şeylərin xəyalını qurmuş olmasaq da, çıxa bilər qarşımıza. Bəlkə dəli kimi sevdiyin birini itirdiyin, pulsuz olduğun, qaranlıq və darlığa düşdüyün bir zamanda elə biri, ya da elə bir şey çıxar ki qarşına o, səninlə həyat arasında bir körpü qurar. Həyata bağlayar səni, səni dardan çıxardar, təkrar gücünü toplamağa köməkçi olar. Yəni xəyal etmədiyin halda qazana bilərsən, səni ən çox xoşbəxt edəcək peşəni, eşqi, ailəni, ya da dincliyi... Yəni, sənə yaxşı təsir edəcək hərşeyi.



Bəzən də xəyal edərsən, işləyərsən, çalışarsan, fədakarlıq göstərərsən, amma olmaz. Bəzən nə edirsən et, yenə də olmaz. Elə zamanlarda həyatın, qarşına daha yaxşısını çıxardacağını gözləyərsən. "Hər şərdə bir xeyir vardır" məsəli yəni.



Bəzən xəyal edib, qazanıb, gözlədiyin kimi olmadığını da görə bilərsən. Uzaqdan çox doğru kimi görünər, amma içinə girincə atəş olduğunu anlayarsan. Bəzən xəyalını qurmaq, həqiqəti yaşamaqdan daha gözəldir çünki.



Bir də, xəyal edib, qazanıb sonra itirmək var. Qazandığın şeyin səndə əmanət olduğunu anladığın an dünyanın fani olduğu oturar ağlının bir küncündə.



Əlbəttə ki, ən gözəli: illərdir xəyalını qurduğun şeyin, tamamilə sənin səyinlə, öz-özünə verdiyin ümidlə reallaşdığını görmək, xəyallarını qurduğun şeyin içində olmaq.

Sonra reallaşan xəyallarını yeni xəyallar izləyər. Daha yaxşısı, daha... daha... daha...

 

Çünki xəyal mövzusunda doymaq çətindir. İnsan, həyatda xəyal etdiyi müddətcə yaşayar. Yaşamaq istəyiriksə, xəyal qurmağa, ümid etməyə davam edək o zaman.

İçimizdəki həyat sevinci, xoş ümidlər sönməməlidir. Onların sönməməsi üçün əlimizdən gələn hər şeyi etməliyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!