Qoxular niyə xatirələri canlandırır?

Qoxular niyə xatirələri canlandırır?
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Bəzən bir qoxu duyarsız və birdən-biri sizi uşaqlığınıza aparar. Sadəcə bir anlıq keçmişə aid bir kadr, bir hiss dolar içinizə. Bəs bu, necə baş verir? Bir qoxu bunu necə edə bilir ?

 

Qarışıq duyğular

Qoxu alma duyğusu ən qədim duyğudur. Görmə, eşitmə və hətta toxunma duyğusundan əvvəl canlıların ətrafdakı kimyasallara qarşı reaksiya verə bilməsi üçün qoxu duyğusu yaranıb.

İnsanda qoxu almağa kömək edən 1000-dən çox alıcı var. Bunlar yaşadığımız müddətcə yenilənir və vərdiş etdiyimiz qoxulara görə dəyişir. Bu da çox sayda fərqli qoxuları bir-birindən ayırd etməmizə kömək edir.

 

Hafizə və qoxu

Beyində qoxulara xidmət edən və "qoxu alma soğanı” adlanan bölgə beyin çıxıntısı ilə(hipokamusla) yan yanadır. Dənizatı şəklindəki bu soğan beyin pərdəsindən (korteks) gələn bütün bilgilərin toplandığı yerdir.

Hipokampusun yeni hadisələr üçün hafizə yaratmaqda önəmli bir funksiyası olduğu müəyyənləşib.

Qoxu alma soğanı, yəni qoxunun beyindəki yeri hafizənin qaynağı olan hipokampusla yan-yana olduğundan qoxular bəzi anları "çağırır”.

 

Dərinlərə dalmaq

Duyğular arasında qoxunun əsas özəlliyi beynin daha dərinliyinə getməsidir. Digər duyğular beynin orta bölümü talamusa keçsə də, qoxu mərkəzi funksiyanı yerinə yetirən beynin orta bölümünə keçmədən beynin soğan bölümünə keçər. Beynin soğan bölümü də bilgilərin toplandığı yerdir.

 

Qoxuları kəlmələrlə ifadə etmək çətinliyi, ya da bir qoxunun dərinlikdə qalan bir anı canlandırması bununla əlaqələndirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!