Sükan arxasındakı qorxunu necə dəf edək?!

Sükan arxasındakı qorxunu necə dəf edək?!
Xəstəliklər və müalicəsi
10.09.2017 29
İlk dəfə sükan arxasında əyləşən hər bir kəs qorxu hissi keçirdir. Düşünür ki, idarəetməni itirəcək və qəza edəcək. Bir az qorxmaq yolda daha diqqətli olmağa vadar edər. Bəs qorxu bizə idarəetmədə maneçilik törədir və fikrimizi yayındırsa, bununla necə mübarizə edək? Sükan arxasında qorxunu necə dəf edək?



Qorxunun yaranma səbəbləri

Psixoloqlar iddia edir ki,əgər səbəbini aydınlaşdıra bilsək,  istənilən qorxunu aradan qaldırmaq olar.Belə deyək, əgər sən şəhər yollarında hərəkət edərkən yolda heç bir işıqfor və yol işarələrini görmürsənsə, o zaman daha təcrübəli sürücülərlə dəfələrlə məşq etməlisən.Və hər şeyi öyrəndikdən sonra artıq öz sürücülük təcrübəndən istifadə etməyi bacarmalısan. Əgər təpəyə çıxmaqda problem yaranırsa, onda avtodromda "məşq etməyə” çox vaxt ayırmaq lazımdır.



Sükan arxasında qorxunu necə yox edək  

Öz emosiyaları ilə bacarmaq üçün sürücü qabaqcadan səfərə (yola çıxmağa) hazır olmalıdır. Özü özünü əmin etməldir ki, o artıq bir neçə dəfə bu yolu gedib. Bir anlıq çətin yerləri  xatırlamaq və onları beynində dəf etmək məsləhət görülür. Məhz bu üsulla siz sakitləşə və fikrinizi bir yerə toplaya biləcəksiniz.



Qadınların avtomobili idarə etmək qorxusu

 Bu bir faktdır ki, sükan arxasında kişilər qadınlardan daha az qorxu hissi keçirdir. Bu, qismən belədir, çünki kişilər avtomobilin  quruluş və fəaliyyət prinsipləri haqda daha geniş məlumata malikdirlər. Qadınlar özlərində inamı daha da artırmaq üçün avtomobildə baş verən proseslərin strukturları ilə tanış olmalıdırlar.



Qorxu ilə necə mübarizə aparmalı - "özünü inandırma-özünə təlqin”

Yolda qorxunu dəf etmək üçün "özünə inam-özünə təlqin” üsulundan istifadə etmək məsləhət görülür.Sözsüz ki, bütün insanlar fərqlidir, amma hər insan özündə inam yarada biləcək üsulları axtarıb tapa bilər.Məsələn, öz-özünə deyə bilərsən ki, "toxun” və bir neçə dəqiqə gözünü yumub xəyalında sevimli əşyanı  canlandıra bilərsən.



Təcrübə göstərir ki, bəzi insanlar  idarəedilməz qorxu səbəbindən heç vaxt avtomobil sürə bilmirlər.Qalanları isə layiqincə öz zəif cəhətlərini üstələyir və qorxu hissini dəf edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!