Qəbizlikdən necə qurtulmalı?

Qəbizlikdən necə qurtulmalı?
Xəstəliklər və müalicəsi
10.09.2017 101
Qəbizlik əsasən 3 tipə ayrılır. Bunların birincisi, mərkəzi sinir sisteminin pozulması nəticəsində meydana çıxan qəbizlik, ikincisi nəcis refleksi, üçüncüsü isə mexaniki qəbizlikdir. Qəbizliyə gətirib çıxaran başlıca səbəblər səhv qidalanma, hərəkətsiz həyat tərzi, stress və depressiya halları, səyahət, istilik, qarın əməliyyatları, bağırsaq yuyulması, çox spirt və kafeinli içkilərin istifadəsi və sair sayılır.



Qəbizliyin qarşısını almaq üçün yemək yeyərkən loxmaları diri-diri udmamaq, əksinə kiçik loxmalar halında yavaş-yavaş çeynəyərək yemək lazımdır.



Yataqdan qalxanda beyin qalın bağırsağın divarındakı əzələlərə mesaj göndərərək sıxılma əməliyyatına başlayır. Bu baxımdan, gəzmək, aerobika və bədən hərəkətləri qalın bağırsağın sıxılmasını asanlaşdırır. Həftədə ən azı 3 dəfə yarım saat templi getmək və ya səhər nahardan əvvəl 15 dəqiqə aerobika, ya da yer hərəkətləri etmək qarın əzələlərinin işini təmin edərək qəbizlik problemini aradan qaldıracaq.



Həmçinin, meyvə-tərəvəz də qəbizliyi aradan qaldırır, işlətmə təsiri yaradır. Bitki qalın bağırsaqlarda maye və mineral ifrazatın yaranmasına təsir edir. Qəbizliyi olanlara alma, quru meyvələr, kəpəkli məhsullar, kök, kərəviz, turp, ispanaq, kələm, cəfəri, şüyüd və kahı yeymələri, bolluca su və yaşıl çay içmələri məsləhət görülür. Bunlarla bərabər taxıl və paxlalılara da laqeyd yanaşmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!