Kişilərdə sonsuzluq səbəbləri

Kişilərdə sonsuzluq səbəbləri
Xəstəliklər və müalicəsi
10.09.2017 43
Hər mədəniyyətin özünə xas klassikləri vardır. Bizim mədəniyyətimizin ən əhəmiyyətli klassikləri arasında yeni evlənən cütlərə ‘ uşaq nə vaxt olacaq?' sualını soruşmaq yer tutur. Uşaqsız keçən bir neçə ilin ardından artıq yaxın ətrafda ‘Yəqin uşaqları olmur' səsləri yüksəlməyə başlayır. Bundan ən çox zərər çəkmiş olansa yenə, qadınlardır. Çünki bir cütün uşağı olmursa əvvəl qadın şübhəli vəziyyətə düşər. Halbuki uşağı olmayan cütlərdə problemin 30 - 50% kişidən qaynaqlanar.



Kişilər qadınlarla müqayisə edildiyində çox həsas deyillər. Ancaq söz mövzusu sonsuzluq olduğunda, kişilər də bir xeyli həssaslaşa bilir. Uşağı olmayan cütlərin 30 - 50% ində problemin kişidən qaynaqlandığı düşünüldüyündə haqsız da sayılmazlar.

 

Kişidəki bu problemlərin səbəbi 30 - 40% faktda açıqlana bilməz. Sperma keyfiyyət və sayındakı pozuqluqların səbəbi tapıla bilmədiyində bir sıra təcrübi dərman müalicələri tətbiq olunardı. Ancaq bu müalicələrin hər hansı bir fəaliyyətinin olmadığı görüldü.



Mikroenjeksiyon texnikasının 1992-ci ildən etibarən tətbiq olunulmağa başlanmasıyla birlikdə kişi sonsuzluğunun müalicəsində bir dönüş nöqtəsi yaşandı. Bu texnika ilə şiddətli kişi sonsuzluğu vəziyyətlərində belə yüksək hamiləlik nisbətləri əldə etmək mümkün hala gəldi.

 

Kişidəki sonsuzluq səbəblərini 2 ana qrupda yığmaq mümkündür.



1. Sperma istehsal pozuqluqları:

Kişi sonsuzluğu hadisələrində spermanın istehsal və yetkinləşmə pozuqluqları ən sıx rast gəlinilən vəziyyətdir. İstehsal pozuqluğu sperma sayından qaynaqlana bilər. Qadın yumurtasının döllənməsini maneə törədən sperma hərəkətlərinin zəifliyi və ya sperma şəkillərinin (morfologiya) anormallığı ilə də əlaqədar ola bilər. Kişinin spermasının normal qəbul edilə bilməsi üçün sayının ən az 20 milyon/ml, hərəkətli sperma nisbətinin 30% və strukturca olaraq normal sperma nisbətinin 4% ün üzərində olması lazımdır. Sperma dəyərlərinin yuxarıda ifadə edilənin altında olması halında təbii yollardan hamiləlik əldə edilməsində diqqətə çarpan çətinliklər yaşanmağa başlanar.



Bir çox faktor spermiogenezi (sperma hüceyrələrinin istehsalı və yetkinləşməsi) mənfi təsir edə bilər. Bunlar aşağıdakılardır.



İltihabı xəstəliklər: Bəzi bakteriya və viruslar kişidə yumurtalıq iltihabına səbəb olar. Yumurtalıqlarından iltihabı bir xəstəlik keçirən kişilərin təxminən 25% ində sonsuzluq problemi meydana gələr.

Hormon pozuqluqları: Sperma və kişilik hormonu olan testosteron hormonunun istehsalı beyin sapından ifraz olunan iki hormon (folicle stimulating hormon və luteinizing hormon) tərəfindən nəzarət edilər. Bu hormonların aşaği düşməsinə aid pozuqluqlar kişi sonsuzluğunun 2 - 5% i təşkil edər.

Ekoloji problemlər: Xərçəng müalicəsi üçün istifadə edilən şüa və dərmanlayar sperma istehsalını poza bilər.



2. Strukturca pozuqluqlar

Spermanın istehsal yeri olan yumurtalıqlardan çölə çıxmasını maneə törədən tam və ya qismi tıxanıqlıqlar sonsuzluq səbəbi ola bilər. Bu tıxanıqlıqlar doğuşdan ola biləcəyi kimi sonradan bir infeksiyaya da bağlı ola bilər. Yumurtalıq bölgəsindən keçirilmiş bir cərrahı müdaxilə də tıxanıqlığa yol aça bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!