Yoluxucu olduğunu bilmədiyiniz 5 şey!

Yoluxucu olduğunu bilmədiyiniz 5 şey!
Xəstəliklər və müalicəsi
10.09.2017 48
Sizə yoluxmasından qorxmalı olduğunuz tək şey mikrob və bakteriyalar deyil! Duyğular da mikrob kimi keçici ola bilir!



Sosial keçiciliklə bağlı edilən araşdırmalar nəticəsində bəlli olub ki, ruh halı və davranışlar bir insandan digərinə yoluxa bilir.



Nə qədər hərəkət və davranışlarımıza diqqət etsək də, ətrafımızdakı insanların xarakter xüsusiyyətlərinin bizim üzərimizdə olduqca qüvvətli bir təsiri vardır.



Qadınlar.biz təqdim edir.



1.Negativ düşüncələr.

Notre Dame universitetində belə bir araşdırma aparılmışdır: Universitetdə bir neçə yeni tələbəni qaraqabaq və negativ düşüncəli tələbələrlə eyni otaqda yerləşdirmişlər. 3 aydan sonra yeni tələbələrin hamısı negativ düşünməyə başlamışdır.



2. Xoşbəxtlik və sevinc duyğuları.

Harvard və Californiya universitetlərində 5000 insan üzərində edilən araşdırmaya görə təkcə negativ duyğular deyil, həmçinin xoşbəxtlik və sevinc duyğuları da keçicidir.

Özünüzü xoşbəxt hiss edirsinizsə, 1.6 km yaxınlığınızda olan dostunuzun da özünü xoşbəxt hiss etməsi ehtimalı yüksəkdir. Hətta bu duyğularınızı 34 % qonşularınıza da ötürəcəksiniz. Nəşəli və xoşbəxt dostunuz varsa, xoşbəxtlik duyğularınız 10 % artmış olacaq.



3. Seçimlərimiz.

İllinois universitetində aparılan bir araşdırmaya görə, insanlar bir-birlərinin seçimlərindən tez təsirlənirlər. Belə ki, araşdırma zamanı birlikdə axşam yeməyi yeyən insanlar başlanğıc yeməklərini bir-birinə yaxın seçdiklərində daha xoşbəxt olduqlarını bildirmişlər. Bu da onu göstərir ki, seçimlərimiz də yoluxucu ola bilər.



4. Stress

Beynimiz digər insanlardakı stressi təyin etmək üzrə mükəmməl yaradılıb. Başqalarının stressli olduğunu onların nəfəs alıb-vermələrindən hiss edirik. Və bu zaman öz stress hormonlarımız da hərəkətə keçir. Stressin yoluxucu olması üçün birbaşa ünsiyyət şərt deyil. Hətta stress halı elektron poçt, mesajlar, telefon danışıqları və sosial medya yazışmaları vasitəsi ilə də keçə bilir.



5. Pis vərdişlər.

Araşdırmalara görə siqareti tərgidən bir insanın ətrafındakı yaxın dostlarının və ailə üzvlərinin siqaretdən 36 % həcmində uzaqlaşdığı ortaya çıxmışdır. Bundan əlavə, bir insanın siqarətdən istifadə etməsi ətrafındakılara mənfi cəhətdən 20 % təsir göstərir. Bir sözlə, pis vərdişlərin də bir insandan digərinə keçə bilmə ehtimalı olduqca yüksəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!