Cizgi filmlərinin uşaq psixologiyasına təsiri

Cizgi filmlərinin uşaq psixologiyasına təsiri
Xəstəliklər və müalicəsi
10.09.2017 19
Həyatımızda, əhəmiyyətli istirahət vasitəsi olan maraqlı televiziya proqramları yetkinlərin olduğu qədər uşaqların da həyatında əhəmiyyətli rol oynayır.



Dr. Mehmet Yavuzun fikrinə əsasən cizgi filmləri uşaqların xəyal dünyalarını genişləndirir, özünü dərk etməsinə, ətraf aləmi kəşf etmələrinə yardımcı olur.

Lakin, şiddət, qorxu məzmunlu cizgi filmi izləyən uşaqlar, digər yaşıdlarına görə daha çox dalaşqan, üsyankar olurlar. Digər uşaqlara nisbətən aqressiv xüsusiyyətə malik ola bilərlər. Bu baxımdan valideyinlər uşaqların xəyal dünyasının inkişafında, ətrafındakı obyektləri tanımada dialoq inkişaflarında müsbət faydalar təmin edə bilər. Bundan əlavə lazımsız məzmunlu çizgi film izləməyin qarşısını ala bilər. Çünki, bu cür hallar sonradan uşaqlarda diqqət əskikliyinə və hiperaktivliyinə səbəb olur.



Bir tədqiqatın nəticələrinə görə uşaqlarda televizora maraq 18 aylıq olarkən yaranır. Amma bu, hələ onların tamaşaçı olduğunu göstərmir. 2 yaş yarımlığından başlayaraq cizgi filmlərinə maraq oyanır. Bu yaşda olan uşaqların təqlidetmə qabiliyyəti isə yavaş-yavaş yaranır.



Baxdıqları cizgi filmləri bu yöndə önəmli təsirə malikdir. Tez-tez kadr dəyişikliyi körpə beynində qarışıqlığa və pozğunluğa da səbəb ola bilər.

3-6 yaş arası uşaqlarda isə bu təsirin önəmi daha da artır, çünki araşdırmaçılar bu yaş qrupuna aid uşaqlarının televiziya izlərkən "məna" axtardığını ortaya çıxardılar.



6-11 yaş qrupuna aid uşaqların izlədiyi proqramların təsirləri daha çoxdur, çünki bu yaş qrupu uşaqlarda diqqət və dəqiq izləmə tam inkişaf etmiş olur.



Məlumata görə gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əksikliyi olur. El dilində belə uşaqlara "ölgün" deyirlər.

Onlarda aktivlik, yaşıdlarına nisbətən, 30-40% az olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!