Özünüz olun! - BƏDƏN DİLİ

Özünüz olun! - BƏDƏN DİLİ
Xəstəliklər və müalicəsi
10.09.2017 26
Bəli hər gün şəxsi inkişafla bağlı yüzlərcə kitab işıq üzü görür.  Çoxu da digərlərindən kopyalaraq. Bu yazını bəzi kitablara söykənərək günlük davranışlarını və xasiyətini dəyişənlərə ünvanlamaq  istəyirəm.  Ünvanlamaq istədiyim kəslər  bunu oxuyanlar, dostlarımız, tanıdıqlarımız və mən də ola bilərəm.  Bir il əvvəl mən də `Dip` deyə bir kitab aldım, doğrusu öyrənməyə dəyəcək bir şeylər yox idi. Bəzi dibə bənzər grafiklərdən  bəhs edirdi. İnsan nəyə görə necə hərəkət etməlidir, problemlə qarşılaşanda nə etməlidir, qısacası həyatımıza yön verirdi. Bu yaxınlarda isə tanıdığım və keçən il seminarında olduğum bir Türk yazarın 3 ədəd ard-arda kitabını oxudum. Sizə bəhs edəcəyim kitabın adı isə `Dikkat Vücudunuz Konuşuyor!`dır. Bu yazar isə bəlkə bir çoxunuzun bildiyi Ahmet Şerif İzgörendir. Kitabda bədən dilini və incəliklərini, qarşıdakına müəyyən şeyləri çatdırmaq(mən səndən güclüyəm, səndən çəkinirəm, özümü qoruyuram, amma, savaşa hazıram və s.), əgər təlim verən birisəniz , tətbiq edəbilcəyniz bəzi ipucları  və siyasətdə istifadə olunan bədən dili və b. Amma, belə ki  bu adam kitabın başında, sonunda və yalnış xatırlamıramsa ortalarında hər dəfə vurğulayır ki, mən bunları sadəcə bilin deyə yazıram, siz hər zaman özünüz olun. Birisi sizə tətbiq etməyə çalışarsa xəbərdar olun və qarşı müdafiəyə keçin. Diqqət etdim adam heç bir kitabında bunu edin , belə edin demir. Əslində olan da budur, sadəcə özümüz olmalıyıq. Kiməsə necəsə görünmək üçün və ya mən beləyəm mesajını vermək üçün oxumaq o cümlədən özümüzü dəyişdirməyə çalışmaq və bu  yöndə inkişaf etmək zənnimcə yalnışdır. Bu inkişaf deyil, bu təqlidçilikdi və iki şeydən  əmin olun ki, insanlar sizi olduğunuz kimi qəbul etməyi , yalan pərdələr arxasına gizlənməkdən daha üstün tuturlar və nə qədər təqlid bacarığınız yüksək olsa da dünyadakı ən yaxşı təqlidçi ola bilməzsiniz. Zatən tam olaraq sizin xasiyyətinizi , davranışlarınızı köklü dəyişməyiniz  demək olar ki mümkün deyil. Ehtimal var, David Kolbun teoreminə görə sadəcə insanların %12`i  davranışlarını dəyişdirə bilir.



 Keçək kitab qisminə.. Deyə bilərsiniz ki, bəzi nöqtələri - siyasi rəhbərlərin bir birlərinin əlllərini necə sıxmalarının fərqini, qarşısındakının qapıdan ilk keçməsini  istədiklərini və əl sıxarkən digər əli ilə qarşıdakının dirsəyindən sıxmasını yorumlaya bilmirik. Əlbəttə, haqlısınız  bədən dilində bildiyimiz qədər bilmədiyimiz çox incəliklər var. Amma, fikrimcə normal günlük yaşamda  hər kəsin də bu incəlikləri bilməsi  zəruri deyil.  Ən azından hər kəs iş üçün müraciət etdiyi müəssisənin insan resursları departamentindən biriylə müsahibədə olarkən və ya müdürün otağındaykən qarşısındakının özəl bir əşyasına icazəsiz toxunduqda həmçinin alıb incələdikdə o işə əlvida deməyə qəbullanmalı yaxud müdürlə aralarındakıdakı soyuq savaşa hazır olmalıdır. Bu misalı niyə verdim deyə sora bilərsiniz,çünki bu və bu kimi şeyləri hər kəs bilir. Bizi yönləndirəcək yaxud bu kimi bilinən şeyləri əmr edəcək  hər hansı kitab olmadan da belə günlük bir davranışın səhv  həmlə olduğunu anlaya bilərik məncə. Deməyə çalışdığım bəzi yazarlar oxucularını bir insan deyil də robot olaraq görür və "önərilər"ini də ona görə yazırlar . Sanki bizlərin heç bir şeydən xəbəri yoxmuş, sanki sərbəst hərəkət etmək ayıbmış kimi yalnız orda yazılanları təkrarlamalıyıq.



Şərif bəydən əsinlənib toxunmaq istədiyim son nöqtə isə müxtəlif yazarların kitablarında bəzi hərəkətlərin bizim mədəniyyət və kültürümüzlə uyğun olmamasıdır. Başqa bir misal olaraq mənim bildiyim meydan oxuma oturuşudur:  Bədən tam rahat və bir ayaq digərinin üstünə tam açılacaq şəkildə qoyulur(normal ayaq ayaq üstünə deyil). Bu oturuşu qarşıdakına meydan oxuma, rəqabətə hazır kimi yorumlaya bilərik. Əsasən satış menecerləri istifadə edir. Misal üçün siz  bir həmkarınızın , iş yoldaşınızın  qarşısında belə otursanız, qarşınızdakı şəxs tərəfindən sözlə olmasa da, baxışlarla ağır təyziqlərə məruz qalacaqsınız. Çünki belə bir hərəkət bizdə mədəniyyətin çatmaması kimi şərh edilir . Bildiyiniz kimi bəzi şeylər bizim kültürümüzdə yoxdur, fikrimcə olmasına da ehtiyac yoxdur. Başqa bir misal , qızın biri Şərif bəyə məktub göndərib ki, siz kitabda yazmısız  qarşıdakı ayaqlarını çarpazlaşanda qarşıdakı narahatdır və ya deyəcəyi bir şey var (məhbusları sorğulayanlar da bəzən ayaqlara baxır çarpazsa hər halda anlatacaq bir şeylər vardır) kimi anlaşılır amma, bizim böglədə elə oturmaq mədəniyyətdəndir , əsasən də böyüklərin qarşısında. Buna açıqlama gətirməyə ehtiyac yoxdur hərhalda anlatmaq istədiymi siz çoxdan anladınız və əminəm hər kəs burda yazılanı bilirdi. Yenə bir yazara ehtiyac yox idi, sizi yönləndirmək yerinə vəziyyəti kənardan şərh etmək üçün əlimdən gələni etdim, özünüz olun dostlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!