Bugün cavanlar yaşlılardan daha tənhadırlar niyə?

Bugün cavanlar yaşlılardan daha tənhadırlar niyə?
Xəstəliklər və müalicəsi
10.09.2017 80
Genclerin 1/3-i aile üzvleri, dostları ile virtual alemde görüşmeye üstünlük verir



Müasir dövrde gencler özlerini yaşlı insanlardan daha tenha hiss edirler. İngilterede aparılan yeni araşdırma heyat şeraitinin deyişmesi ile elaqedar olaraq gencler arasında yalnızlıq duyğusunun teqaüdde olanlarla müqayisede daha çox olduğunu ortaya qoyub.



"Eqli sağlamlıq" veqfi terefinden aparılan araşdırmaya göre, İngilterede bütün yaş qruplarında olan her 10 neferden biri özünü tenha hiss edir. 2 min 256 nefer üzerinde aparılan araşdırmada texnikanın insanları tenhalaşdıran vasite olduğu, ancaq onların ünsiyyet üçün yeni fürsetler yaratdığı qeyd edilir. Bele ki, virtual dostluqlar sonradan real münasibetlere çevrile biler. Ancaq bunun da tehlükeli terefleri var. Çünki araşdırmada iştirak eden genclerin 1/3-i aile üzvleri, dostları ile real heyatda deyil, virtual alemde görüşmeye üstünlük verir.



Yalnızlıq hem de insanın fiziki sağlamlığına da pis tesir eden ünsür kimi qiymetlendirilir. "Tenha toplum" ("The Lonely Society") adlı hesabata göre, 18-34 yaş arasında olanların 60 faizi tez-tez, 55 yaşdan yuxarı olanların ise yalnız 55 faizi yalnızlıq duyğularını dile getiriler.



Hesabatda tenhalıq hissinin cinsler arasındakı ferqleri de vurğulanıb. Bele ki, qadınlar yalnız olduqlarını dile getirmeye ve bunun neticesinde depresiyaya girmeye daha çox meyillidirler.



Qeyd edek ki, bu gün aile anlayışının deyişmesi, ailelerin daha az uşağa sahib olması, onların evden ayrılması insanların daha soyuq olmasına yol açır. 1972-2008-ci illerde tenha yaşayan qadın ve kişilerin sayı iki defeden çox artıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!