İntihar həvəsi qanda gizlənib

İntihar həvəsi qanda gizlənib
Xəstəliklər və müalicəsi
10.09.2017 58
Alimlər yeni növ qan analizi "ixtira" ediblər. Onun sayəsində insanların intihara meylliliyi təyin olunur.



Tədqiqatçılar müəyyən ediblər ki, stress SKA2 genində kimyəvi dəyişikliklərə səbəb olur, intihara meylli adamlarda isə bu genin səviyyəsi çox aşağıdır.



Bu dəyişiklikləri nəzərə alaraq alimlər insanın özünə qəsd etmək niyyətini sadə bir qan analizi ilə təyin edə bilirlər.



SKA2 geni beynin prefrontal qabığına - neqativ fikirləri dəf edən, impulsiv davranışlara nəzarət edən sahəyə - təsir edir. SKA2 dəyişərkən, yaxud səviyyəsi aşağı olarkən stress hormonu artır.



Alimlər SKA2 geninin mutasiyalarını intihar nəticəsində ölmüş psixi xəstələrin beyin nümunələrindən götürərək sağlam insanların beyin nümunələri ilə müqayisə ediblər. Məlum olub ki, bu ümumi mutasiyanın çərçivəsində genin funksiyasını dəyişən modifikasiya əmələ gəlib.



Modifikasiya səbəbindən isə genə metil qrupundan olan kimyəvi maddələr əlavə olunub.



Qan analizi göstərib ki, SKA2 geninin yüksək metilləşməsi zamanı insanlar intihara daha çox meylli olurlar.



Sonra tədqiqatçılar insanların intihar barədə düşünməsi, yaxud da intiharın astanasında olmasını təxmin edən model hazırlayıblar. Gənc insanlardan götürülən qan analizləri intihar riskini 96% dəqiqliklə təyin etməyə imkan verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!