Artıq çəki ürəyə ziyandır

Artıq çəki ürəyə ziyandır
Xəstəliklər və müalicəsi
07.12.2017 48
Az hərəkətli həyat tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox meyilli olurlar. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini (kalori) sərf edib qurtara bilmirlər.

Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Alimlər tərəfindən müəyyən edilmişdir ki, normal çəkisi olanlara nisbətən çəkisi artıq olanlarda hipertoniyanın inkişaf etmə riski 6 dəfə (!) daha yüksəkdir. Çəkisi artıq olanlar tənəffüs pozğunluğundan da (təngnəfəslik) əziyyət çəkdikləri üçün, bu, son nəticədə ağ ciyər və ürək çatmazlığına səbəb olur. Bundan savayı, çəkisi artıq olan insanlarda aterosklerozun inkişaf etmə riski də xeyli dərəcədə yüksək olur.

Buna görə də bütün həyat boyu çəkini normada saxlamaq lazımdır – bu ürək-damar xəstəliklərinin profilaktikasında vacib olan şərtlərdən biridir. İnsan yaşa dolduqca, çəkinin hər artıq kiloqramı, onun sağlamlığı üçün daha təhlükəli olur!

Bəs, artıq çəkinin olduğunu necə müəyyən etmək olar? Bunun üçün bədən kütləsi indeksinin hesablanmasının xüsusi formulu vardır. Bədən kütləsi indeksini bu formul ilə müəyyən edirlər: bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölünməsi. Məsələn, əgər sizin boyunuz – 1m 60 sm, çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4. Normada bədən kütləsi indeksi 25-ə qədər olmalıdır. Demək sizin göstəriciniz normadan bir qədər artıqdır. Əgər sizin bədən kütləsi indeksi 30 və ya 30-dan çoxdursa, demək sizdə piylənmə baş verib.

Dietoloq-həkimilə məsləhətləşin ki, o sizə uyğun arıqlama üsulunu tövsiyə etsin.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!