İnsanlar niyə əsnəyirlər?

İnsanlar niyə əsnəyirlər?
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Psixoloq Barış Gürkaş, keçmişdə elm adamlarının əsnəmənin bədənin oksigen ehtiyacından ötəri olduğunu bildirirdilər. Ancaq, bunun bu günlərdə qəbul edilmədiyini ifadə etdi. Gürkaş, "Son zamanlardakı ən məşhur və ən maraqlı tapıntı, beynimizi soyutmaq üçün əsnədiyimizdir" deyə danışdı.



Psixoloq Barış Gürkaş, mövzuyla əlaqədar olaraq etdiyi şərhdə bunları söylədi: "Bəli, doğrudur, yuxu vaxtımız gəldiyində, sıxıldığımızda və oyandığımızda hətta yuxumuzda belə əsnəyirik. Ancaq əsnəmək bu qədər sadə bir hadisə deyil. Əgər, hər hansı bir musiqiçi və ya hər hansı bir idmançı səhnəyə çıxmazdan əvvəl əsnəyirsə, bu heç də yatmaq istəyi deyil.



Keçmişdə elm adamları əsnəmənin bədənin oksigen ehtiyacında ötəri olduğu istiqamətində fikirləri vardı, ancaq bu günlərdə bu fikir qəbul edilmir. Əsnəməyin, nəfəs alıb- verməklə birbaşa əlaqəli olmadığı düşünülürdü. "



Beyinin istiləşməsi.

Son zamanlardakı ən məşhur tapıntının beynimizi soyutmaq üçün əsnənməyimizin olduğunu ifadə edən Gürkaş, "Araşdırmalara görə beyin aşağı istiliyə ehtiyac duyur və əsnəmək qan axışını sürətləndirir və qan axışı sayəsində beyin soyuyur və daha yaxşı işləyir. Bu da idmançının müsabiqə əvvəlində əsnəməsinə daha yaxşı açıqlayır. Bir digər deyişlə, bu sayədə idmançı beynini soyudaraq daha ağıllıca və cəld düşünə bilmək üçün beynini hazırlayır. Beynimizi kompüterə bənzətsək, əsnəmək kompüterin kondinsioneri də adlandırıla bilər.



"Əsnək əsnək gətirir".

Gürkaş, "Hər kəsin əsnəmə mövzusunda ilk söyləyəcəyi şey yoluxucu olduğudur" deyərək, "Bu yazını belə oxuyarkən neçə dəfə əsnədiniz görəsən, diqqət etdiniz mi? Əsnəməyin yoluxucu təsiri ən tez öz ailəmizin içində, ailə üzvləri arasında hiss olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!