Xəyallardan... Həyatdan küsmək...

Xəyallardan... Həyatdan küsmək...
Xəstəliklər və müalicəsi
10.09.2017 28
Xəyallardan küsmək bir insanın bir insanı aldatmasıdır. Həyatdan küsmək isə bir çox insanın bir insanı aldatmasıdır.

Yəni Xəyallardan küsmək fərdidirsə… Həyatdan küsmək ümumiləşdirilmişdir…



Xəyallardan küsmək aldadılmaqdır...Həyatdan küsmək aldadılacağını bilməkdir...

Yəni biri keçmiş zamandır, dünəndir, digəri gələcək zamandır və gələcəkdir.



Xəyallardan küsmək dadsızdırsa... Həyatdan küsmək duzsuzdur...



Xəyallardan küsmək bir peşmançılıqdır ... Həyatdan küsmək aldığınız qərarlardan çox təəssüf ki peşman olmamaqdır..



Xəyallardan küsdüyünüz zaman başqasını bağışlayarsınız... Həyatdan küsdüyünüz zaman özünüzü belə bağışlamazsınız...



Xəyallardan küsmək aldadılmaqdır halbuki Həyatdan küsmək artıq aldada biləcək heç kimsəyə inanmamaqdır.



Xəyallardan küsdüyünüz zaman mələklərin möcüzələrinə inancınızı itirərsiniz Həyatdan küsdüyünüz zamanı mələklər olmur...heç vaxt da olmayıb...



Xəyallardan küsmək bir evliliyin planlaşdırılmış qəsdi,bir cinayətə qurban getməsidir... Həyatdan küsmək intihardır...



Xəyallardan küsdüyünüz zamanlarda yaşamadıqlarınızın hirsi vardır... Həyatdan küsdüyünüz zaman yaşadıqlarınızın hüznü dolar qəlbinizə...



Xəyallardan küsmək eqoizmdir... Həyatdan küsmək eqoizmə qarşı bir üsyan…



Xəyallardan küsmək keçicidir...qonaqdır...bu gün var sabah yox... Həyatdan küsmək daimi,qalıcıdır...



Xəyallardan küsmək insanın özünü incidər... Həyatdan küsmək isə insanın özüylə yanaşı başqasını da incidər....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!