Xoşbəxt olmaq istəyirsinizsə…

Xoşbəxt olmaq istəyirsinizsə…
Xəstəliklər və müalicəsi
10.09.2017 27
Bunun sirri nədədir? Bəzən ailələr nigahdan sonra öz həyat yoldaşları ilə nəzakətli olmurlar. Bunu, müəyyən ailə məsələləri ilə əlaqələndirirlər. Əlsində bu düzgün deyil. Kaş hər kəs öz həyat yoldaşı ilə münasibətdə kənar şəxslərə olduğu kimi nəzakətli olsalar. Onda hər şey öz axarını taparaq, insanı xoşbəxtliyə aparar



KOBUDLUQ – bu, sevgini gəmirən xərçəngdir. Bunu hər kəs bilir, bununla belə, yaxşı məlumdur ki, biz yadlarla öz qohumlarımızla olduğundan qat-qat çox nəzakətli oluruq. Nə qədər qəribə olsa da, bizə incidici sözlər deyən yeganə adamlar bizim öz ailə üzvlərimizdir.



Nəzakət, ailə həyatı üçün mühərrikə yağ lazım olan qədər vacibdir. Hər bir kişi bilir ki, nəvazişlə o, öz həyat yoldaşından istədiyi hər şeyə nail ola bilər və bunun müqabilində qadın heç nə tələb etməz. Kişi bunu da bilir ki, o, həyat yoldaşına keçən ilki paltarda necə yaxşı göründüyünü və həmin paltarın ona necə yaraşdığını demiş olsa, onda qadın həmin paltarı Parisin ən son dəbli paltarına belə dəyişməz. Eyniylə də qadın, öz həyat yoldaşını nə qədər uca tutsa, ər hər zaman həmin qadına sonsuz sevgi bəsləyəcəkdir. Bir-birinizə qayğı göstərməkdə çəkinməyin.

Güllər hələ qədim vaxtlardan sevgi-məhəbbətin dili olub. Onların qiyməti elə de baha olmur, xüsusən mövsüm çağında. Lakin çox nadir hallarda əlində gül buketi ilə evə gələn bir kişi görərik. Həyat yoldaşınıza, sevdiyiniz xanıma bir neçə gül gətirmək üçün onun xəstəxanaya düşməsini, ad gününün olmasını, əlamətdar bir günün olmasını gözləməyin. Bir gül belə onun necə sevindiyini sizə göstərə bilər. Cəhd edin, özünüz görəcəksiniz. Qadınlar doğum gününə və digər ildönümlərinə çox böyük əhəmiyyət verirlər. Niyə? Bu, əbədiyyətə qədər qadın sirlərindən biri kimi qalacaqdır. Bəzən adi günləri unutmaq olur, amma elə günlər var ki onların unudulması qeyri-mümkündür. Çalışın bir-biriniz üçün əhəmiyyətli olan günləri unutmayasınız. Ailə faciələrinin əksəriyyətinin kökündə gündəlik həyatın xırda məsələləri durur. Ər işə gedəndə həyat yoldaşı ona əl yellədərək sağollaşmaq kimi adi bir şey və ya ər, hirslənmiş qadınını qucaqlayaraq onu öz köksünə sıxaraq təsəlli etməsi bir çox boşanmaların qarşısını ala bilər.



Əvvəl-axır – nigah adiləşmiş epizodlar sırasıdır. Siz çalışın ki nigahla bərabər öz sevginizi, hörmətinizi də davam etdirəsiniz. Elə edin ki, siz bu sözləri demək məcburiyyətində qalmayasınız:  

"Günlərimi qaraldan sevginin getməsi deyil, onun boş şeylərə görə getməsidir”.

Əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə:



NƏZAKƏTLİ OLUN, DİQQƏT GÖSTƏRİN.

P.S. Hər birinizə sonsuz xoşbəxtliklər arzulayıram...  :128:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!