Kompüterlə bağlı yaranan göz yorqunluqları

Kompüterlə bağlı yaranan göz yorqunluqları
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Kompüterdən meydana gələn göz xəstəliklərində 100% çoxalma qeydə alınıb. Göz mütəxəssisləri belə şikayətləri olanlara mümkün qədər kompüter ekranından uzaq olmağı məsləhət görür. Bu istiqamətdəki şikayətlərə bağlı ən çox meydana gələn xəstəliyin isə göz ağrısı və göz sulanması olduğu qeyd edilib.



İnsan gözünü optik sistemlə müqayisə edən həkimlər bildirib ki, 6 metr və daha uzaq məsafələrə baxmaq üçün insan gözündə hər hansı bir nizamlamaya ehtiyac yoxdur və bu zaman göz daha az yorulur. Yazmaq, oxumaq, müxtəlif əl işi və kompüter kimi 30-40 cm-dən daha az məsafədə olan fəaliyyətlər isə gözü daha çox yorur.



Mütəxəssislər,görməkdə çətinlik çəkildiyi və ya göz yorulduğu zaman ekrana yaxınlaşmaq əvəzinə işarələri böyütməyi, ekranı minimum parlaqlıqda saxlamağı, otağın işığının kompüter işığından daha güclü olmasını məsləhət görür.

Həkimlər həmçinin kompüterlərin yaydığı elektromaqnit dalğalarına görə prosessorun stolun üstünə yox, yerə qoyulmasını məsləhət görürскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!