Ramazan aydında diş problemləri artır

Ramazan aydında diş problemləri artır
Xəstəliklər və müalicəsi
10.09.2017 23
Mütəxəssislər, ramazan ayında artım müşahidə olunan ağız və diş sağlamlığı problemlərinin ortaya çıxmasında səbəbkar olan faktorları sadalayıb.



İstanbul Aydın Universiteti Diş Həkimliyi Fakültəsinin müəllimi Dos. Dr. Bürc Karaduman, ağız içərisində fərq edilməyən çürüklərin, qırılmış plomb və ya dişlərin, diş əti problemlərinin ramazan ayında problem yaşamağınıza səbəb ola biləcəyini bildirib.



Ağız içərisində çox sayda və çeşiddə bakteriya var, ancaq tüpürcək  təmizləmə və yuma ilə bu bakteriyalara qarşı dişlərimizi qoruyur. Halbuki oruc tutarkən ağızda tüpürcək yığılması azalır və bakteriyalar temizlənəmədiyi üçün diş çürükləri, diş əti problemləri və ağız qoxusu ramazan ayı içərisində özünü daha çox göstərə bilər. Əlavə olaraq, ramazan ayında şirin, qəhvə və çay qəbulu artdığına görə, axşam saatlarında isə daha çox qida yeyildiyinə görə çürüklərin meydana gəlməsi daha da sürətlənir. Dos. Dr. Karaduman, bu şikayətlərin önünə keçə bilmək üçün iftar və sahurdan sonra dişləri fırçalamağın, ramazan ayınin əvvəlində diş həkimi müraciət etməyin vacibliyinə toxunub.



Mütəxəssis, ramazan ayında mövcud vəziyyətlə əlaqədər olaraq, diş klinikalarının iftardan sonra da fəaliyyət göstərmələrini məsləhət görüb. Bürc Karaduman, doğru diş fırçalama texnikasının necə olmasından da bəhs edib.



Diş fırçalayarkən nəyə diqqət etmək lazımdır?



Diş fırçalarkən ağzın hər bölgəsinə çata bilən kiçik başlıqlı, düz səthli və tükləri dairəvi olan fırçalar seçim edilməlidir.



Fırça sapı düz olmalı və ovuc içinin tuta biləcəyi uzunluqda olmalıdır.



Fırça tükləri neylon və yumşaq olmalıdır. Rəngli tüklər və fərqli istiqamətlərdəki tüklərin varlığı fırçanın fəaliyyətini deildiyi qədər də artırmır.



Tükləri köhnəlmiş və tökülmüş fırça istifadə edilməməlidir. Diş fırçası 3 ayda bir dəyişdirilməlidir.



Hansı diş məcununu, və ya hansı ağız gargarasından istifadə edirsiniz edin, diş fırçası və diş ipi - dişarası fırçasını düz istifadə etmədikdə dişləriniz çürüyər və diş əti xəstəlikləri meydana gələr. Mühim olan diş fırçalamaq və diş ipi – diş arasından düzgün istifadə etməkdir.



Diş fırçalarkən dişlərə çox basdırmadan dişlər fırçalanmalıdır. Xüsusilə daha yaxşı təmizləndiyi düşüncəsi ilə çox basdıraraq irəli geri diş fırçalayanlarda uzun illər sonra dərin diş aşınmaları (abrazyon) yaranır.



Diş fırçanız quru olmalı və keyfiyyətli bir diş pastasından istifadə edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!