Bu xəstəlik sonsuzluğa səbəb olur

Bu xəstəlik sonsuzluğa səbəb olur
Xəstəliklər və müalicəsi
10.09.2017 20
 20 yaşdan yuxarı insanların 80 faizində rast gəlinən osteoxondroz, eləcə də onurğa sütununun xəstəliyi sonsuzluğa gətirib çıxaran səbəblərdən biri imiş.



Oynaq-qığırdağın patologiyası olan osteoxondroz sinir sisteminin fəaliyyətinə təsir etməklə kişi və qadınlarda kiçik çanaq orqanlarının xəstəliklərinin inkişafına səbəb olur. Bununla yanaşı, osteoxondroz boyun nahiyəsində sinirlərin sıxılması və qan dövranının pozulması nəticəsində beyindaxili təzyiqin yüksəlməsinə səbəb ola bilər. Bu da öz növbəsində, qadın və kişilərdə hormonal disbalansın yaranmasına gətirib çıxarır.



Məlum olub ki, bel fəqərələrinin müəyyən hissələrində əmələ gələn xoşagəlməz dəyişikliklər nəticəsində reproduktiv sistemin funksiyası dəyişə bilər.



Əgər qadının döş səviyyəsində 9-cu fəqərədən 2 bel fəqərəsinə qədər sinirləri, kişinin isə 2-4-cü fəqərəsinə qədər olan hissədə sinirləri ağrıyırsa, mayalanma uzun müddət baş tutmaya bilər. Bu halda cinsi orqanların və endokrin sistemin hər hansı xəstəliyi olmaya da bilər. Buna görə də müayinədən sonra xəstəyə "məlum olmayan səbəbdən sonsuzluq” diaqnozu qoyulur.



Yadda saxlamaq lazımdır ki, cütlüklərin çoxu onurğa sistemindəki problemləri həll etdikdən sonra uzun müddət gözlənilən hamiləlik baş verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!