Gözlərin sağlamlığı

Gözlərin sağlamlığı
Xəstəliklər və müalicəsi
10.09.2017 37
Gözlərin sağlamlığı çox vacibdir, lakin görmə qabiliyyəti o qədər də ciddiyə alınmır. Ancaq müəyyən problemlər yarana bilər və əgər siz gözlərinizin sağlam olmasını istəyirsinizsə, o zaman 6 sadə üsula diqqət yetirin:



1. Gözünüzə toxunduqda, xüsusən də kontakt linzalardan istifadə edirsinizsə, əllərinizin təmiz olmasına diqqət yetirin, çünki gözlər asanlıqla infeksiyaya yoluxa bilər. Eyni zamanda, göz üçün istifadə etdiyiniz makiyaj vasitələrinin də təmiz olmasını və istifadə müddətinin bitməmiş olmasını yoxlayın.



2. Qidalanma da gözlərinizin sağlamlığına təsir edə bilər. Təzə meyvə və tərəvəzlər gözünüzü vitaminlərlə, xüsusilə E və C vitaminləri ilə və qoruyucu antioksidantlarla təmin edəcək.  



3. Siqaret çəkmək gözlərinizin sağlamlığına mənfi təsir göstərir və bu, görmə qabiliyyətinin azalmasına və sağalması mümkün olmayan yaşla əlaqəli makulyar korluğun yaranmasına səbəb ola bilər.



4. Çöldə olan zaman taxdığınız yüksək keyfiyyətli eynəklər gözünüzü günəşin zərərli təsirindən qoruyacaq. Əgər daima eynəklərdən istifadə edirsinizsə, reseptə əsasən taxılan eynəklər daha əlverişlıdir.



5. Əgər uzun müddət kompüterdən istifadə edirsinizsə, göz yorğunluğu hiss edə bilərsiniz. Bunun qarşısını almaq üçün kompüterdən 1 saat istifadə etdikdən sonra mümkün olduqca 5 dəqiqə ara verin. Əgər bunu etmək mümkün deyilsə, o zaman ekrandan uzaqda olan əşya üzərinə diqqətinizi yönəltmək də faydalı ola bilər. Göstərişə əsasən taxılan eynəklər də kömək edə bilər.



6. Nəhayət, müntəzəm göz testi sadə olsa da, gözlərinizi sağlam saxlamaq üçün əhəmiyyətli üsuldur. Bu prosedur mütəxəssisin gözlərin arxa hissəsini yoxlamasına imkan yaradır, bununla da diabet və qlaukoma kimi ciddi göz xəstəliklərinin əvvəlcədən təsbit edilməsinə və qarşısının alınmasına köməklik göstərir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!