Yoxsa tərk edildiniz?!

Yoxsa tərk edildiniz?!
Xəstəliklər və müalicəsi
10.09.2017 47
Demək olar ki, hər kəs həyatının bir dövründə tərk edilmişdir… İstənilməyən, geridə buraxılan ya da başqası üçün bir anda yox sayılan tərəf olmanın əzici yükünü qaldırmaq heç kim üçün asan deyildir yəqinki...Birlikdə keçirilən zamanın bir anda gərəksiz bir kağız parçası kimi bükülərək zibilə atılması və xatirələrin heç yaşanmamışcasına yox sayılması tərk edilmənin bəlkə də ruhu ən çox yaralayan qisimidir... Etibarsızlıq və Çarəsizlik Hissi Psixoterapevt Christine Webber, tərk edilmənin hər kəsin başına gələ biləcək bir hadisə olduğunu söyləyir və belə davam edir; Rədd edilmək, insanı dərindən yaralayan və qürurunun qırılmasına səbəb olan sarsıdıcı bir hadisədir. Bir anda üz üstü buraxılmaq və istənilməyən adam olmaq, xüsusilə qadınlarda etibar probleminə yol aça bilər. Bu pis hadisə, adamın sonrakı həyatında özünə inamının sarsılmasına və digər insanlarla olan əlaqələrində etibarsız və şübhəli bir rəftar etməsinə səbəb ola bilir. Bu insanlar belə bir hadisədən sonra özlərini sanki çətin bir əməliyyat ya da böyük bir yol qəzası keçirdikdən sonra yenidən həyata adaptasiya olmağa çalışırmış kimi hiss etdiklərini söyləyirlər. Ümumiyyətlə biz insanlar, tərk edildikdən sonra hiss etdiyimiz o boşluğu artıq heç kimin doldura bilməyəcəyini və həyatımızın geri qalanında bir daha aşiq ola bilməyəcəyimizi düşünürük. Ancaq belə hiss etməmiz bunun doğru olduğu mənasını vermir. Bir çox qadın, heç bir şərh etmə gərəyi eşitməyən sevgililəri və yoldaşları tərəfindən bir anda tərk edilə bilirlər. Ancaq çoxu qadın, gözəl, ağıllı, həssas və cazibədar olan həmcinslərinin də tərk edilə biləcəyini unudur və əvvəlcə qarşısındakını günahlandırdıqdan sonra tənqid oxlarını səhvli olmadıqları halda mərhəmətsiz bir şəkildə özlərinə yönəldirlər. Tərk edilmənin verdiyi ağrının öhdəsindən gəlmə və həyatını buraxdığı yerdən davam etdirmə, adamın uşaqlığında yaşadığı hadisələr ilə də doğrudan əlaqəli ola bilir. Tərk edildiyi zaman özlərini qısa müddətdə yığışdıran və hadisələri bütün həqiqətiylə qəbul edərək yoluna davam edən insanların, uşaqlıq dövrlərində özünə inam sahibi olduqları və ana ataları tərəfindən istənməmə duyğusunu yaşamadıqları müşahidə edilir. Tərk edildikdən sonra hətta özünü tərk edən partnyorunu daha da əlçatılmaz və cazibədar bilənlərin isə uşaqlıqlarında rədd edilmə duyğusunu yaşadıqları, valideynlərlə problemli əlaqələrə sahib olduqları ortaya çıxmışdır. Tərk edilmənin ağrısıyla baş etmək üçün atılacaq ən əhəmiyyətli addım, ağlamağa son qoymaq və şüursuzca şərtləndiyimiz bu duyğularımızı məntiq süzgəcindən keçirmək, həqiqətən nə istədiyimizin fərqinə varmaq və öz özümüzə qarşı dürüst davranmaq olmalıdır.Necə deyərlər kimə görə əzab çəkdiyinizi hərətəfli anlamağa çalışın.  İçinizdə yığdığınız hirs və xəyal qırıqlığından ibarət yaranan o zəhəri atana qədər danışın. Yoldaşlarınıza, sevdiklərinizə və ailənizə duyğu və düşüncələrinizi izah etməkdən çəkinməyin. Əhəmiyyətli olan, artıq izah etdiklərinizdən sıxılacaq hala gələnə qədər danışmağınızdır. İzah etdiyiniz zaman yükünüzün yüngülləşdiyini, izah etməkdən sıxılmağa başladığda isə artıq olanlara əhəmiyyət vermədiyinizi fərq edəcəksiniz. Həmçinin xaricində daha ictimai bir həyat sürməyə başlayın. Xoşbəxtlik hormonunun köməyinizə qaçması üçün bol bol idman edin, işinizlə məşğul olun, yoldaşlarınızla görüşün və indiyə qədər etməyə zaman tapa bilmədiyiniz ya da köhnə partnyorunuz istəmir deyə laqeyd yanaşdığınız hobbilərinizə, dostlarınıza zaman ayırın. Bir müddət sonra özünüzü daha yaxşı hiss etdiyinizi hiss edəcəksiniz…  Tək olmadığınızı, demək olarki hər kəsin eyni şeyləri yaşadığını və bir şəkildə öhdəsindən gəldiyini də ağılınızdan çıxarmayın… Tanrıdan heçkəsi yarı yolda çarəsiz qoymaması diləyi ilə..



ps. Əhər tərk edilmisinizsə bunu yaşamağ çətindən də çətin olsa da 1şeyi düşünün ki, sizinçün ən doğusu bu imiş çünki Allah bildiribki sizin xeyir bildiyinizdə şər, şər bildiyinizdə xeyir vardır...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!