Qadınlarda sonsuzluq səbəbləri

Qadınlarda sonsuzluq səbəbləri
Xəstəliklər və müalicəsi
10.09.2017 35
1. Yumurta Defektləri

Yumurtlama defektləri ən çox görülən sonsuzluq səbəbi olub, yumurtlama defekti deyildiyində, yumurtlamanın heç olmaması və ya nizamsız və seyrək olması başa düşülər. Mensturasiyaların seyrək görülməsi və ya heç görülməməsi çox vaxt bir yumurtlama defektini göstərər, ancaq menstruasiyaların tamamilə nizamlı olduğu hallarda da yumurtlama defektlərinə rast gəlmək olur. Yumurtlama defektləri əsasən üç qrupta cəmləşdirilə bilər.

Yumurtalıqlardaki yumurta istehsalını hərəkətə keçirən hormonların anadan gəlmə eksik olmasından asılı olaraq beyindən ifraz edilməməsi,

Beyin mərkəzindən süd hormonu prolaktinin normaldan artıq ifraz edilməsi,

Polikistik over sindromu



2. Boruların Tıxanmış və ya Ziyan görmüş olması

Uşaqlıq borularının qismi vəya tamamilə tıxanmış olması sperma ilə yumurtanın bir araya gəlməsinə mane olaraq döllənmə və hamiləliyi imkansız hala gətirər. Borulardakı bu ziyan, keçirilən infeksiya, endometriosis və ya keçirilən bir əməliyyatdan sonra qalan qarın daxilindəki bitişikliklər kimi bir çox səbəbdən asılı ola bilər. İnkişaf etmiş ölkələrdə cinsi yollarla yoluxan infeksiyalar borulardakı ziyanın ən əhəmiyyətli səbəbidir. Ölkəmizdə uşaqlıq çağında alınan vərəm mikrobu da borularda dala qayıtmaq mümkün olmayan ziyan meydana gətirə bilər.



3. Endometriosis

Endometriosis uşaqlıq daxilini döşəyən toxumanın (Endometrium) uşaqlıq xaricində inkişaf etməsi olaraq ifadə edilir. Endometriosis eynilə uşaqlıq daxilini döşəyən toxuma kimi hormonlara qarşı həssas olmaqla menstruasiya əsnasında qanayar. Qarnın daxilində meydana gələn bu mikro qanamalar vaxt ötdükcə yara halına gəlməklə, yapışıqlıqlara səbəb olar.



Endometriosis yumurtalıqlarda yerləşdiyi vaxt kist meydana gəlməsinə səbəb olar. Bu kistlərə endometrioma adı verilər. Endometriosisi olan qadınların təxminən 50%’nin uşaq maliki ola bilmələri üçün müalicə olmaları lazımdır. Yenə sonsuzluq səbəbiylə qadınların təxminən 25%ində endometriosis müəyyən edilir.



4. Uşaqlıq Ağzına Aid Problemlər

Uşaqlıq ağzındakı quruluş, infeksiya və ya bu yerdəki ifrazata (Mukus) aid defektlər sonsuzluğa səbəb ola bilər. Uşaqlıq ağzında ifraz edilən mukus spermaların genital yoldan daşınmasını asanlaşdırar. Estrogen və progesteron hormonlarının təsiri altında mukusun siklus əsnasında miqdarı və xüsusiyyəti dəyişər. Polip kimi yaxşı xassəli şişlər və ya bu yerə tətbiq edilmiş olan cərrahiyyə müdaxilələri sonsuzluğa səbəb ola bilər.



5. Allergiya Səbəbləri

Allergiya səbəbləri sonsuzluğa səbəb ola bilər və bununla birgə diazqnozları və müalicələri çətindir. Allergiya halları müalicə effektivliyinin müəyyən olmadığı və müalicə edilən və ya edilə bilməyənlərdəki hamiləlik dərəcələrinin çox fərqli olmasından ötəri ümumiyyətlə ölçülmələrinin lazım olub olmadığı müzakirə edilir.



6. Qadın Sonsuzluğunun Müalicəsi

Yumurta defekləri, boruların tıxanmış və ya ziyanlı olması, endometriosis, uşaqlıq ağzına dair problemlər, allergiya səbəblərindən zərər görən cütlüklərin istifadə edəcəyi müalicə üsulu balon körpə müalicəsidir. Bu səbəplərdən ötəri balon körpə müalicəsində müvəffəqiyyətli olmayan cütlüklər axırıncı çarə olaraq yumurta ianəsi (Yumurta Transplantasiyası) müalicəsi ilə uşaq sahibi olurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!