Kişi sonsuzluğu – problemin müasir vəziyyəti

Kişi sonsuzluğu –  problemin müasir vəziyyəti
Xəstəliklər və müalicəsi
10.09.2017 33
Andrologiyanın qarşısında duran əsas problemlərdən birincisi kişi sonsuzluğudur. Kişi sonsuzluğu bütün dünyada tibbi – sosial demoqrafik əhəmiyyətə malik prioritet məsələ- dir. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmadıqda, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır. Əgər evliliyin ilk günlərindən problemləri aşkar olarsa, təcili müayinə-müalicəyə başlanmalıdır. Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. Ümumilikdə, ailə cütlüklərinin təxminən 25%-də 1 il ərzində hamiləlik qeydə alınmır. Onlardan 15%-i sonsuzluğu müalicə etməyə cəhd edir, 5%-ə qədəri isə övladsız qalırlar. Orqanizmdə gedən müxtəlif patoloji proseslər daxili orqanlara, endokrin vəzilərə, MSS-ə mənfi tə- sir göstərərək xayanın qıvrım kanalcıklarının interstisial hüceyrələrinin distrofik dəyişikliyinə gətirib çıxarır və spermatogenez prosesini pozur. Bununla yanaşı kişi cinsiyyət sistemi xəstəliklərinin, anadangəlmə inkişaf anomaliyalarının artması,ətraf mü- hitin zərərli faktorlarının təsiri, cinsiyyət kanalının spesifik və qeyri spesifik infeksiyaları, mənşəyi məlum olmayan qidaların,müxtəlif dərman preparatlarının əhali tərəfindən geniş və nəzarətsiz istifadəsi və s. amillər kişi sonsuzluğuna gətirib çıxarır. Etiologiyası və patogenezi Kişi sonsuzluğunun məlum sə- bəbləri arasında 50%-ni uroloji xəstə- liklər təşkil edir.



Ən çox rast gəlinəni varikosele – yəni toxum ciyəsinin venoz kələfinin salxımşəkilli geniş- lənməsidir. Varikoselenin kişi sonsuzluğuna səbəb olması faktı çoxdan məlum olsa da, bu məsələdə aydın olmayan çoxsaylı məqamlar vardır. Xüsusilə də onu qeyd etmək lazımdır ki, varikosele ilə əlaqədar kişi sonsuzluğu zamanı spermatogenezin pozulma tezliyinin kifayət qədər yüksək (25-40%) olmasına baxmayaraq, spermatogenez prosesi pozulmamış kişilər arasında da ona çox (8-13%) təsadüf olunur. Güman olunduğuna görə varikosele nəticəsində spermatogenezin pozulmasının inkişafı üçün əlavə amillərin iştirakı vacibdir. Varikosele olan xəstələrdə fertilliyin pozulmasını törədən mexanizmlər də sona qədər öyrənilməmişdir və hazırkı dövrdə xaya toxumalarının qan dövranının ləngiməsi, mikrosirkulyasiyanın pozulması və temperaturunun dəyişməsinə daha çox əhəmiyyət verilir. Kişi sonsuzluğunun inkişafında infeksion faktorların rolu mübahisəli olaraq qalmaqdadır.Bruselloz mən- şəli orxit-epididimiti, virus orxiti və vərəm epididimitinin sonsuzluğa gə- tirib çıxarması faktı şübhə doğurmur. Bu gün Ureaplasma urealyticum, Chlamydia trachomatis və kişi cinsiyyət sisteminin digər infeksion törədicilərinin fertilliyə mənfi təsiri birmənalı təsdiqlənmişdir. Son vaxtlar kişi sonsuzluğunun daha bir mexanizmi – antispermal anticismin (ASA) əmələ gəlməsi öyrə- nilməkdədir.



ASA-in sonsuzluğa təsiri:

1. Speraqlutinasiya

2. Spermimmobilizasiya 3. Spermatoksik təsir mexanizması ilə əlaqədardır(izah olunur) Kişi sonsuzluğuna proqnostik təsir edən amillər: 1. Sonsuzluğun müddəti 2. I-li və II-li olması

3. Eyakulyatın müayinəsinin nə- ticələri

4. Xəstələrin yaş göstəriciləri və fertillik statusu Diaqnostikası Sonsuzluq diaqnozu: Xəstənin anamnezi, toxum mayasının müayinəsi və digər müayimələrə əsasən qoyulur. Sonsuzluqdan əziyyət çəkən kişilərin müayinəsinin vacib mərhələsi spermoqrammanın öyrənilmə- sidir.



Spermanın müayinəsi üçün bir sıra şərtlərə riayət olunması tələb olunur :

• Analizin verilməsindən əvvəl 3 - 7 gün ərzində cinsi əlaqədən çəkinmə tələb olunur;

• Alkoqol, dərman preparatları, hamam və ya saunalara getmək istisna olunmalıdır;

• Sperma masturbasiya yolu ilə əldə olunmalı və şüşə və ya plastmassdan olan stəkana yığılmalıdır.

• Analizi klinikada vermək lazımdır, burada həmin məqsədlər üçün xüsusi otaqlar olmalıdır. Müalicəsi Kişi sonsuzluğunun müalicəsi – cütlüklərin hövsələ və aydın məqsədlərin olmasını tələb edən mürəkkəb və uzun müddətli prosesdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!