Sonsuzluğun səbəbləri nədir?

Sonsuzluğun səbəbləri nədir?
Xəstəliklər və müalicəsi
10.09.2017 39
Yenicə ailə quran gənclərin adətən böyük həvəslə seyr etdikləri bir mənzərə var...

Parklarda totuq uşaqların valideynlərinin ətrafında oynaması, arabadakı körpənin şirin qığıltıları, dil açan zaman söylədiyi ilk sözlər...

 

Onlar da bir müddət sonra ata-ana olub körpələrinin əlindən tutaraq parka gəzintiyə çıxacaqları günün xəyalı ilə yaşayırlar. Bəzən isə bu təbii arzu, elə xəyal olaraq da qalır. Bütün dünyada gündən-günə artmaqda olan sonsuzluq bəlası neçə-neçə ailəni körpə nəfəsinə həsrət qoyur...

 

Ölkəmizdə də övladsız ailələr var. Ailədə boşanma hallarına rəvac verən ilkin səbəblərdən biri, elə sonsuzluqdur. Bəs, nədir bu məlum-məchul sonsuzluq problemi? Onu yaradan səbəbləri aradan qaldırmaq bu qədərmi çətindir?

 

Həkim-ginekoloq Aybəniz Xəlilova deyir ki, sonsuzluq yüzlərlə səbəbdən yarana bilən və tibb elminin inkişafına baxmayaraq, müalicəsi çətin, bəzən isə mümkün olmayan xəstəliklərdən biridir. Bu xəstəlik mütləq və nisbi ola bilər. Ginekoloqun sözlərinə görə, mütləq sonsuzluqda ailənin ömürlük uşaq sahibi olması mümkün deyil. Nisbi sonsuzluq zamanı isə yaranan problemin aradan qaldırılması, müalicə nəticəsində uşağın dünyaya gəlməsi mümkündür.

 

Bəzi virusların qanda mövcudluğu sonsuzluq yaradır

 

A.Xəlilova toksoplazmoz və ortimoz viruslarının qanda mövcudluğunun da sonsuzluq yaratdığını söylədi. Belə ki, qadınlarda hamiləlik olsa da, virusun təsirilə uşağın vaxtsız düşməsi baş verir. Təkrar olunan bu proses də sonsuzluq yaradır: "Toksoplazmoz prazoyl xəstəliyidir, törədicisi isə toksoplazma qondi parazitləridir. Bu xəstəlik bütün toxumalara təsir etsə də, əsasən, nevrotrop xasiyyətə malikdir. Bu virus insanlara bit, birə, taxtabiti, ağcaqanad və it dişləməsi vasitəsilə keçir. Onların dişləməsi zamanı sekret və ekssekret adlı viruslar orqanizmə daxil olur və toksoplazmoz xəstəliyi yaradır. Sözügedən virus hətta cinsi hüceyrələrin genlərinə də təsir edir. Əgər virus hamiləlikdən öncə aşkarlanarsa və dərhal müalicəyə başlanarsa, qadının yenidən hamilə qalması mümkündür. Ancaq virus gec aşkarlanan zaman müalicəsi çətinləşir, bəzən isə mümkünsüz olur”.

 

Həkim qana digər bir virusun - ortimozun əsasən çiy qidadan keçdiyini bildirdi. Yaxşı bişməmiş süd, yumurta və ət vasitəsilə keçən bu virusun qandan tamamilə təmizlənməsi üçün müalicə 3-9 ay ərzində aparılır. Orqanizmin müqaviməti zəif olan zaman isə müalicənin müddəti uzanır.

 

İltihabi və cinsi yolla keçən xəstəliklərdən sonra sonsuzluq meydana gəlir

 

Ginekoloq müxtəlif itihabi və cinsi yolla keçən xəstəliklərdən sonra da sonsuzluğun yarandığını deyir.

 

Həmçinin, sonsuzluğun yaranmasında qadınların daxili orqanlarının quruluşu da mühüm rol oynayır. A.Xəlilova vurğuladı ki, psixolojı amillər, stress törədən faktorlar da cütlüyün övlad sahibi olmasına maneçilik törədir: "Gündəlik stress qadınların sinir sisteminə mənfi təsir edir. Onun mayalanma prosesində bilavasitə iştirak edən daxili orqanlarının funksiyasını pozur. Bu da tədricən sonsuzluğa gətirib çıxarır”. Həkim qeyd edir ki, iltihabi xəstəliklər nəticəsində yaranan sonsuzluq zamanı müəyyən müalicə kursundan sonra hamiləlik mümkündür.

 

Rezus-faktorlar bir-birinə uyğun gəlməyəndə sonsuzluq ehtimalı artır

 

A.Xəlilovanın sözlərinə əsasən, qan qrupu birində mənfi, digərində müsbət rezurslu olduqda, sonsuzluq ehtimalı artır, ailələrin övlad sahibi olmaları çətinləşir: "Ölkəmizdə bu fakta ailə qurmağa hazırlaşan gənclər elə də məhəl qoymurlar. Çünki onlar gələcəkdə yarana biləcək problem haqda məlumatlı deyillər. Ancaq bizdən fərqli olaraq, ABŞ-da bu məsələyə çox ciddi yanaşırlar. Hətta bu ölkədə evləndikdən sonra gənclər problemlə üzləşməsinlər deyə, rezursları əks olanları bir-biri ilə evlənməyə icazə vermirlər”. Həkim deyir ki, cütlüyün spirtli içkilər, tütün məmulatları, narkotik maddələrdən istifadə etməsi də sonsuzluğa gətirib çıxarır.

 

Ginekoloqun söylədiyinə görə, sonsuzluq problemilə üzləşənlər ilk öncə peşəkar həkimə müraciət etməli və bunun səbəblərini öyrənməlidirlər: "Cütlüyün ailə qurmasından 1 il ötübsə və uşaq yoxdursa, deməli, bunun ciddi səbəbləri var. Onlar mütləq bu işdə təcrübəsi olan peşəkar həkimə üz tutaraq, onun qoyduğu diaqnoz üzrə müalicəyə başlamalıdırlar. Bu vəziyyətdə ilkin yol kimi ginekoloqa müraciət edənlər də az deyil. Mən bunu doğru seçim hesab edirəm.

 

Ancaq bir faktı da unutmamaq lazımdır: hətta ginekoloq da sonsuzluq üzrə mütəxəssis deyil, onlar sadəcə, düzgün məsləhət verə bilərlər. Gənc qadının müraciət edəcəyi mütəxəssis lazımi təcrübəyə, diaqnostik aparatdan istifadə qabiliyyətinə və təcrübəli əməkdaşları ilə məsləhətləşmək imkanına malik olmalıdır. Sonsuzluğu doğuran səbəblər çoxdur. Onu müəyyən etməkdən ötrü birinci növbədə ultrasəs, infeksion, immunoloji müayinələrdən keçmək lazımdır. Müalicəyə yalnız sonsuzluğun səbəbləri dəqiqləşdirildikdən sonra başlamaq olar. Tələsik müdaxilə, işləri korlaya bilər”.

 

A.Xəlilova çox vaxt belə halların baş verdiyini deyir. Sonsuz cütlük müasir diaqnostika vasitələri olmayan klinikaya üz tutur. Müayinə və müalicə imkanlarının kasad olmasına baxmayaraq, klinikanın həkimləri sınaq metodu ilə hərəkət etməkdən çəkinmirlər. Bir hormon digəri ilə əvəz olunur, bir neçə antibiotik kursu təyin edilir və s. Lakin müalicə nəticəsiz qalır. Pasientlər istəklərinə zərrə qədər də yaxınlaşmırlar. Əvəzində onlara xeyli vaxt və pul itkiləri qalır. Odur ki, uşaq sahibi olmaq istəyən gənclər problemləri ilə bağlı ilk növbədə xüsusi klinikalara müraciət etməlidirlər. O klinikalara ki, bilavasitə sonsuzluğun müalicəsi üzrə ixtisaslaşıb.

 

Müalicə 4-5 aya, ən uzağı 1 ilə öz nəticəsini verir

 

Həkimin dediyinə görə, uzunmüddətli müalicə zamanı ilk öncə xəstələrə dərmanların dərhal təsiri olmayacağını başa salmaq lazımdır. Çünki bir neçə müalicə kursundan sonra qəbul olunan preparatlar öz effektiv nəticəsini göstərir. Əlbəttə, əgər sonsuzluğa gətirib çıxaracaq ciddi bir səbəb yoxdursa: "Peşəkar həkim tərəfindən təyin olunan müalicə mütləq müəyyəm müddən somra öz nəticəsini verir. Bəzi hallarda müalicənin heç bir təsiri olmur. Bu zaman isə ən sonuncu üsul, yəni, ekstrakorporal (süni) mayalanma məsləhət görülür: "Vəziyyət çarəsizdirsə, qadın yumurtalıqları lazımi inkişafdan qalıbsa, müalicə heç bir nəticə vermirsə, onda süni mayalanma metodunu tətbiq etmək məsləhətdir”.

 

Ginekoloji müalicə ilə yanaşı, psixoloq məsləhəti də vacibdir

 

Sonsuzluq insan psixologiyasına da təsirsiz ötüşmür. Həkim-psixoloq Xəyalə Məmmədovanın dediyinə görə, əksər hallarda ailə qurduqdan 1-2 il sonra cütlük hamiləliyin olmadığını görüb ciddi narahatlıq keçirir. Kişilər bu məsələdə təmkin göstərsələr də qadınlar buna ciddi reaksiya verirlər. Onlarda özünəqapanma, əhval-ruhiyyə düşkünlüyü özünü büruzə verir: "Hamilə ola bilməmələri onlara hər an mənfi təsir edir və bu da sonda depressiyaya gətirib çıxarır”.

 

Psixoloq deyir ki, belə xəstələr üçün sonsuzluğa qarşı aparılan ginekoloji müalicə ilə yanaşı, psixoloq məsləhəti də çox vacibdir. Müalicə paralel aparılanda nəticəsi də yaxşı olur: "Biz sonsuzluqdan əziyyət çəkən insanlara psixoterapiya kursu keçirik. Onların düşüncə tərzini, dünyaya baxışını dəyişir və onlara başa salmağa çalışırıq ki, bununla həyat qurtarmır. Bəzən bizimlə aparılan 4-5 günlük söhbət bu insanlara müsbət təsir edir və onlarda yaşamağa həvəs artır”.

 

X.Məmmədova qeyd etdi ki, xəstə depressiya vəziyyətində olanda onunla 4-5 günlük söhbət effekt vermir. Bu zaman 10 seanslıq müalicə kursu təyin edilir: "Almaniya, Rusiya, Türkiyə kimi ölkələrdə sönsuzluqdan əziyyət çəkən insanlar psixoloq məsləhətini, onun tətbiq etdiyi seansları vacib sayırlar. Çütlüklər birlikdə bu seanslara gəlir, psixoloqla söhbət edirlər. Ancaq bizdə buna çox da əhəmiyyət verilmir. Xüsusən də kişilər psixoloqla söhbəti lazımsız sayır və psixoterapiya kursuna müraciət etmirlər. Bizə üz tutan xəstələrin əksəriyyəti qadınlardır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!