Rənglərin insana təsiri

Rənglərin insana təsiri
Xəstəliklər və müalicəsi
10.09.2017 32
Qırmızı rəng iş qabiliyyətini
artırır. Tənbəlliyin düşmənidir, lakin əsəbiliyə də yol aça bilir.
Hərəkətin daha çox olduğu yerlərdə (uşaq otaqlarında, ictimai yerlərdə)
istifadə edilməsi məsləhətdir.



Narıncı rəng həyəcan yaradır.
Cinsi gücü və ehtirası artırır. İnsanın yaradıcılıq gücünü artıran,
arxayınlıq, cəsarət və ünsiyyət doğurur. Mətbəxdə, uşaq və yemək otağı
ilə dəhlizdə istifadəsi məsləhət görülür.



İlham qaynağı sayılan sarı rəng
insana nikbin əhval-ruhiyyə bəxş edir. Mətbəx üçün daha münasibdir.
Lakin iş otaqlarında istifadə etmək olmaz, çünki zehni yorğunluğa səbəb
ola bilər. İstirahət guşələrində də istifadəsi məsləhət deyil.



Sakitləşdirici rəng olan yaşıl əməkdaşlığa,
comərdliyə bir növ çağırışdır. Bu rəng özünü ifadə etməyə köməkçi olur.
Otaqları daha geniş göstərir. Yataq və iş otaqlarında da istifadə edilə
bilər. Açıq rəngləri divar üçün uyğundur.



Mavi rəng barışı, sevgini ifadə
edir. Xəyalpərəstlik və həddindən artıq romantiklik yarada bilər.
Sakitləşmək, stressi aradan qaldıran üçün yararlıdır. Hərəkətin və işin
çox olduğu yerlərdə istifadə edilməməlidir. Tünd tonları tənbəllik
yaradır.



Özünə etibarı təmsil edən bənövşəyi rəng
xoş əhvala səbəb olur. Bu rəngin eyni zamanda unutqanlıq və səbirsizlik
yaratması da məlumdur. Bu rəngin lavanda, yasəmən və orkide tonlarından
yataq və iş otaqlarında istifadə etməklə, özünüzə arxayınlıq hissinizi
artıra bilərsiniz.



 rəng enerji sistemini tarazlaşdırır, yaradıcılıq qabiliyyətini ortaya çıxarır və inkişaf etdirir.

Qara, boz və qəhvə rəngi ağır bir enerjiyə malikdir. Qara rəngin tək rəng kimi istifadə edilməsi məsləhət deyil.

Qəhvəyi rəng ictimai tarazlığı və cəmiyyət içində rahatlığı təmin edən təsirə malikdirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!