Baş ağrısının xalq təbabətində müalicəsi

Baş ağrısının xalq təbabətində müalicəsi
Xəstəliklər və müalicəsi
10.09.2017 26
Xalq təbibləri öz müalicə üsullarından daha çox müşahidə olunmuş və adama əziyyət verən baş ağrısının dəf olunması yollarına da yiyələnmişlər. Məsələn: günəbaxan yağı ilə yumurta sarısını birlikdə çalır, üstünə bir qədər nehrə yağı əlavə edib qarışdırırlar. Bu pastadan bir az tənzifin üstünə yaxıb alına, başa və boyunun arxasına bağlayırlar. Bununla da baş ağrısı keçib gedir.



Baş ağrısının kəskinləşən vaxtı xalq arasında işlədilən çox sadə bir üsul kara gəlir. Çuğunduru xırdalayıb əzin, tənzifin arasına yığıb sıxın, aldığınız şirə ilə pambığı isladıb qulaqlarınıza tıxayın.



Eyni miqdarda çobanyastığı çiçəyi, nanə, istiot yarpağı, razyana toxumu, pişikotu kökünü bir yerə qatıb döyür və üzərinə bir stəkan 90 dərəcəli spirt töküb qarışdırırlar. Bir həftə saxlayırlar. Sonra baş ağrıyanda bu qarışıqdan az-az qəbul edirlər. Bu, baş ağrısı yorğunluqdan və ya stress vəziyyətindən yaranıbsa, çox fayda verir.



Zəfərandan alınmış şirəni alına çəkməklə baş ağrısını dəf etmək olar, bunu bir neçə dəfə təkrar etmək lazımdır.



Miqren zamanı belə bir qarışıq da münasib hesab edilir: eyni miqdarda sədəfotunu, nanəni, mürəkkəbi və qızıl gül yağını birlikdə qarışdırırlar. Bu pastanı miqren sahəsinə yaxıb üstündən sarıyırlar.



Əgər başınız mütəmadi ağrıyırsa, gündə 2-3 dəfə yeməkdən sonra, hər dəfə də yarım stəkan təzə kələm şirəsi içmək məsləhətdir.



Yeməkdən bir saat əvvəl (gündə 3 dəfə) yarım stəkan təzə hazırlanmış kartof şirəsi içməyiniz məsləhətdir. Əgər bu müalicəni ardıcıl olaraq 3-4 həftə davam etdirsəniz, baş ağrısından tamamilə yaxa qurtararsınız.



Xalq təbibləri baş ağrısını dəf etmək üçün belə bir qarışığı da munasib hesab edirlər. Eyni miqdarda gül suyunu, döyülmüş təzə kişnişi və badam yagını qarışdırın və başınıza sürtün.



Qeyd: Qarışıqları qəbul etməzdən əvvəl ailə həkiminizlə məsləhətləşin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!