Müalicə olunmayan 10 xəstəlik

Müalicə olunmayan 10 xəstəlik
Xəstəliklər və müalicəsi
10.09.2017 66
 
Elm və texnologiya insan həyatının digər sahələrində olduğu kimi tibb sahəsində də böyük irəliləyişə nail olmuşdur. Lakin buna baxmayaraq tibb elmi heç də bütün xəstəlikləri müalicə edə bilmir. Bu xəstəliklər zamanı xəstənin vəziyyətini xeyli yaxşılaşdırmaq olsa da tam müalicəsi hələlik mümkün deyil.
 
10. Polimielit
Əsasən uşaqlarda rast gəlinən sinir sisteminin virus xəstəliyidir və paraliclərlə, ətrafların deformasiyası ilə müşaiət olunan ağır patologiyadır. Bu xəstəliyə qarşı vaksin çox uğurlu olsa da yoluxduqdan sonra müalicə mümkün deyil.
 
9. Ebola virus qızdırması
Mərkəzi Afrikada rast gəlinən və ölümcül qızdırma ilə müşaiət olunan ağır xəstəlikdir. Simptomları qızartı, qızdırma və hemorragiyadır. Xəstələrdə psixi pozuntular da rast gəlinir.
 
8. Qrip
Çoxlarına yüngül gəlsə də bu xəstəlik də müalicə olunmur. Simptomları qızartı, qızdırma, baş ağrılarıdır. A, B, C tipli ortomiksoviruslar tərəfindən törədilir.

 

 

7. Qırmızı qurd eşənəyi

Autoimmun xəstəlik olub müxtəlif orqanların xronik iltihabını törədir.

 

 

6. Şəkərli diabet

Karbohidrat mübadilısinin pozulması ilə müşaiət olunan geniş yayılmış endokrin sistem xəstəliyidir. Xəstəliyin profilaktikası asan olsa da tam müalicəsi mümkün deyil.

 

 

5. Kreksfeldt-Ceykob xəstəliyi

Nadir xəstəliklərdən olub sinir sisteminə təsir edir. Əsasan 40-70 yaş arasında baş verir. Xəstəliyin simptomları psixi dəyişikliklər, demensiya, qeyri-iradi hərəkətlər və s.

 

 

4. QİÇS

Demək olar ki hamıya məlumdur ki, bu xəstəliyin də müalicəsi yoxdur. Xəstəlik yoluxucudur və immun sistemə təsir edərək onu məhv edir. İnsan heç vaxt bu xəstəlikdən ölmür, onun orqanizmi digər xəstəliklərə qarşı müqavimət mexanizmlərini məhv etməsindən ölür.

 

 

3. Astma

Astma tənəffüs yollarının xroniki iltihabi-allergik xəstəliyidir. Xəstələr müalicə zamanı xeyli müsbət dəyişiklik görsə də tam müalicə mümkün deyil.

 

 

2. Soyuqdəymə

Çox təəccüblüdür ki, belə adi xəstəliyin spesifik patogenetik müalicəsi yoxdur. Müxtəlif tipli viruslar tərəfindən törədilir. Müalicəsində isə ancaq simptomatik dərmanlar istifadə olunur.

 

 

1. Xərçəng

Genetik mutasiya nəticəsində orqan və toxumalarda meydana çıxan yad törəmələrdir. Orqanizmi müxtəlif mexanizmlərlə məhv edən bu xəstəliyin hələlik tam müalicəsi yoxdur.

 

Mühüm qeyd: Bu xəstəliklərdən hər hansı birinin sizdə və qohumlarınızda olması ölüm hökmü demək deyil. Hər bir fərd müxtəlif olduğu üçün yuxarıda qeyd olunan xəstəliklərin də inkişafı və müalicəsi fərqlidir və bəzən tamamilə müalicə oluna bilər. Yuxarıdakı məlumatlar ümumi populyasiyada statistikaya əsaslanaraq hazırlanmışdır.//Aztibbскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!