Yenə də xoşbəxt deyiləm

Yenə də xoşbəxt deyiləm
Xəstəliklər və müalicəsi
10.09.2017 16
Xoşbəxtlik həyatda hədəf deyil,yaşadığımız "acı-şirin","pis-yaxşı","çətin-asan" anlardır.Əgər

"50 yaşına çatım,təqaüdə çıxım,uşaqlar evlənsin,ömrümün son illərini xoşbəxt yaşayaram",- deyirsinizsə,təbii ki,yanılırsınız.

Bu bir həqiqətdir ki,xoşbəxt olmaq üçün yaşadığınız andan yaxşısı yoxdur.

Əgər indi xoşbəxt olmayacağıqsa,bəs nə vaxt olacağıq? Həyat
mübarizədir.Ən yaxşısı bunu qəbul etmək və nə olursa olsun xoşbəxt
olmağa çalışmaqdır.

Xoşbəxtlik bir yoldur.Ona görə də yaşadığımız hər anı bir xəzinə kimi görməli,bir xəzinə kimi yaşamalıyıq.

Unutmayın,vaxt gözləmir.Elə Siz də gözləməyin.Evlənməyi,yeni bir ev və
ya maşın alacağınız günü,uşaqların evlənməsini,baharın
gəlməsini,yayı,payızı,qışı və s. gözləməkdən əl çəkin.



Həyatınızı dəyişdirin

Özünüz üçün yeni mühit kəşf edin."İstiqamətinizi müəyyənləşdirin".Görmək
istədiyiniz işlərin siyahısını tutun və vaxt itirmədən həyata keçirməyə
başlayın.

 
1)Evinizdə kiçik dəyişikliklər edin.Maraq dairənizi genişləndirin.2)Heç kimə xəbər vermədən dəniz sahilinə gedib sakit və rahat bir gün keçirin.

3)İş paltarlarınızı çıxarıb,idman tipli paltarlar geyin.

4)Qəlbinizin səsinə qulaq asın.

5)Bir körpənin qoxusunu ciyərlərinizə çəkin.

6)Özünüzə yeni kitablar alın.Gündəlik tutun.

7)Hay-küyün,həyacanın ortasında rahatlayın,əminamanlığın nə demək olduğunu xatırlayın.

8)Allaha üz tutun.Dərdləşin,bacardığınız qədər çox dua edin.

9)Hərdənbir ürəkdən ağlayın.Ruhunuzu sevgi ilə,mərhəmətlə doyurun.



Əgər bütün bunları bacarmasanız,yolunuzu psixiatra salmalı olacaqsınız.



Xoşbəxtlik və Səadət diləyi ilə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!