Pis fikirdən azad olmağın 5 gözəl üsulu

Pis fikirdən azad olmağın 5 gözəl üsulu
Xəstəliklər və müalicəsi
10.09.2017 96
Belə bir nəzəriyyə var ki, insan fikirləri maddidir. Əgər daima bədbin
düşünürüksə, bu əlbəttə ki, psixi və fiziki sağlamlığın tamlığı
baxımından neqativ haldır. Ona görə də əgər başımıza pis fikirlər daxil
oldusa, o zaman onlardan tez bir zamanda uzaqlaşmaq lazımdır. Bəs bunu
necə etməli?

5 gözəl üsul var!

1. Mənfiliyin səbəbin tapmaq və onu yaşamaq.

Psixoloqlar təkcə pis fikirləri uzaqlaşdırmağı yox, onun səbəbini
axtarmağı məsləhət verirlər. Məhz bundan sonra tez bir zamanda onlardan
yaxa qurtarmaq olar. Məsələn, sevdiyiniz bir insandan bir müddət ayrı
qaldıqda, münasibətlərin ayrılığa çatdığı bir vaxta siz hətta
avtomobilllə qəza etmək fikrinə də düşə bilərsiniz. Elə ki, mənbəyindən
asılı olmayaraq ağlınıza neqativ fikirlər gəldi, ilk addımda ondan
qurtulmağa çalışın. Sonra hadisələri bir daha fikrən nəzərdən keçirmək
və "bundan da pis ola bilərdi" düşüncəsi ilə razılaşmaq lazımdır. Bu
üsulla siz sanki həmin vaxtı yenidən yaşayır və sizi qorxudan və
beyininizi "kilitləyən" səbəbi araşdırmış olursunuz. Bu pis fikirləri
özünüzdən uzaqlaşdırmağa kömək edir və bir müddətdən sonra siz bu haqda
unutmuş olursunuz.

2. Yaz və yandır

Pis fikirdən qurtulmaq üçün daha bir yol-onun haqqında hər bir xırdalığı
ilə vərəqə yazmaqdır. Sonra dəfələrlə oxumaq və vərəqi yandırmaq
lazımdır. Bundan sonra yazılanların çoxu sizə gülməli görünəcək,
xüsusilə əgər onu yumorlu "şer" kimi yazsanız. Yeri gəlmişkən
fikirlərinizə zarafat kimi baxmaq-ondan qurtulmaq üçün ən gözəl
yollardan biri və ya onun təsirini sizin həyatınızda minimuma endirmə
üsuludur.

Əgər pis fikirlər hər hansısa qorxu ilə bağlıdır-psixoloqlar tövsiyə
edirlər ki, bu zaman qorxunun "gözünə dik baxmaq" lazımdır, yoxsa ondan
qurtulmaq çətin olacaq. Maşınımla qəza etmək qorxusunu avtomobil sürməyi
öyrənməklə və ya ekstremal sürücülük kursları keçməklə aradan qaldırmaq
olar.

3.Pozitivlə yüklənmək.

Pis fikirlərdən uzaqlaşmaq üçün müəyyən məşğuliyyətlər tapmaq lazımdır.
Bu təkcə başı digər fikirlərlə doldurmayacaq, həm də yeni nə isə ilə
məşğul edəcək, sizdə yeni müsbət emosiyalar yaranacaq. Yaxşı olar ki, bu
zaman siz tam komfortlu sahə seçəsiniz. Məsələn, əgər siz
utancaqsınızsa, teatr və ya ritolika kurslarına yazıla bilərsiniz. Bu
zaman fikirlərdə və ruhi vəziyyətdə köklü inqilab baş verəcək, bu da
sizə narahat olduğunuz vəziyyətdən çıxmağa kömək edəcək. 

4. İdmanla dostluq etmək.

Pis fikirlə mübarizə aparmaqda idman kömək edir. Nahaq yerə onu
depressiya ilə mubarizə vasitəsi hesab etmirlər. İntensiv fiziki
yüklənmə zamanı orqanizm  eyforiyaya səbəb olan endorfin ifraz edir. Bu
səbəbdən uzun müddətli yuruşdən, üzgüçülükdən və trinajordan  sonra
insan daima pozitiv düşünür.

5. Pozitiv ünsiyyət qurmaq.

Ən vacibi pozitiv insanlarla ünsiyyət qurmaqdır. Ola bilər ki, pis
fikirlər sizin başınıza ətrafdakıların danışıqları zamanı yüklənib. Ona
görə də əhatənizdəki insanları dəqiqliklə analız etmək, daima həyata
neqativ baxan insanlardan uzaqlaşmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!