Duz ana olmaq şansını azaldır

Duz ana olmaq şansını azaldır
Xəstəliklər və müalicəsi
10.09.2017 21
Sağlamlığın düşməni elan edilən duz haqqında alimlər daha bir xəbərdarlıq ediblər. Aparılan son araşdırmalar duzdan normadan artıq istifadə edənlərin sonsuzluq problemi ilə üzləşə biləcəyini göstərib.



Duz xüsusilə də qadınlara pis təsir göstərir. Belə ki, qadının ana olmaq şansını azaldır.

Uşaqlıqdan etibarən normadan artıq duz qəbul edənlərdə isə yetkinlik dövrü gecikir. Belə ki, normal insanlarda 13 yaşına kimi yetkinliyin əlamətləri olan döşlərin iriləşməsi, bəzi bölgələrdə tüklərin çıxması kimi hallar müşahidə edildiyi halda, duzdan çox istifadə edənlərdə bu proseslər 16-17 yaşına kimi gecikə bilir. Bu da bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. Duz hormonlara da mənfi təsir edir. Qadınlarda  yumurtalığın funksiyasını pozur.



Dünya Səhiyyə Təşkilatı gündəlik duz ehtiyacının 5 qram olduğunu açıqlayıb. Süd, qaymaq və yumurta kimi qidalar təbii halda duz ehtiva edirlər. Ona görə də əlavə olaraq duzdan istifadəyə ehtiyac yoxdur. Mütəxəssislər insanların hazır qidalardan və çörəkdən çox istifadə etdikləri üçün həddən artıq duz istehlak etdiklərini bildirirlər. Meyvə və tərəvəzlə qidalanaraq bu təhlükənin qarşısını almaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!