Hündürdaban geyinən xanımlara bəd xəbər

Hündürdaban geyinən xanımlara bəd xəbər
Xəstəliklər və müalicəsi
10.09.2017 67
Türkiyəli həkim Turgut Terzi hündürdaban ayaqqabıların bel ağrılarına və bir sıra problemlərin yaranmasına səbəb olduğunu deyib.



Hündürdaban ayaqqabıda gəzərkən istər-istəməz önə doğru əyiləcəksiniz ki, bu da diz, ayaq və bel ağrılarına səbəb olacaq. Bəzi əzələlərin daha fəal, bəzilərinin isə passiv olması nəticəsində fiziki görkəminizdə də xoşagəlməz dəyişikliklər yaranacaq.

 

Ayaqqabı seçiminə xüsusi diqqət yetirməyin önəmi haqda danışan fizioterapevt Turgut Terzi bunları qeyd edib:



"Burnu dar, hündürdaban ayaqqabılar tarazlığın pozulması nəticəsində ayaq ağrılarının yaranmasına səbəb olur. Buna görə ayaqqabı seçimi edərkən diqqətli olun. Yanlış ayaqqabı seçimi dırnağın ətə batması, ayaq göbələyi və bu kimi digər problemlər yaratmaqla yanaşı tez yorulmağınıza da səbəb olacaq”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!