Qadınlarda sistit nədir?

Qadınlarda sistit nədir?
Xəstəliklər və müalicəsi
10.09.2017 51
"Sistit" termini yunan dilində "CYST"- "sidik kisəsi" deməkdir. Sidik-cinsiyyət sisteminin ən çox görülən xəstəliklərindən biridir. Sistit, sidik kisəsinin bakterial iltihabıdır. Sistitlə birlikdə sidik – cinsiyyət yollarının iltihabı olur. Normada sidik kisəsində, sidikdə bakteriya olmaz. E.Coli, stafilokoklar,streptokok kimi bakteriyalar sidik axarı vasitəsilə sidik kisəsinə keçirlər.



Normal olaraq bu bakteriyalar qalın bağırsaqda olurlar və alt sidik yollarına keçən bakteriyalar sidik ifrazı ilə bədəndən uzaqlaşdırılır. Ancaq bakteriya sayı çoxaldıqda və ya atılması mümkün olmadıqda sidik kisəsi və böyrəklərdə iltihaba səbəb olur.



Hər hansı bir patologiya nəticəsində bakteriyalar sidik kisəsinə keçir və sistit yaranır. Qadınlarda sidik axarı qısa və geniş olduğu üçün sistit daha çox rast gəlinir. Sidik axarının tıxanması nəticəsində sidik kisəsində sidik yığılır və sistit yaranması üçün şərait yaranır.



Vaxtında müalicə edilməzsə xəstəlik xronikiləşə bilər, böyrəklərə yayıla bilər və böyrək-sidik kisəsində zədələnmələrə gətirib çıxara bilir. Bakterial sistitlər 20-40 yaş arası gənc qadınlar arasında daha çox rast gəlinir. Hər 5 qadından biri həyatının hər hansı bir dövründə 1 dəfə də olsa sistitdən əziyyət çəkmişdir. Qadınlarda sistitin sıx görülmə səbəbi sidik axarının qısa olmasıdır.



Sistitə səbəb olan risk faktorları:
Sidik ifrazını çətinləşdirən vəziyyətlər ( sidik yollarında daş, şiş, yad cisim və.s.), gigiyenik qaydalara riayət etməmək, şəkərli diabet, hamiləlik, yaşlılıq, qaydasız cinsi əlaqə ( yeni evlənənlərdə daha çox göründüyü üçün , buna "bal ayı sistiti” deyilir), menopauza, kişilərdə prostat, sidik kanalı xəstəlikləri.



ƏLAMƏTLƏRİ



Dizuriya- Sidik ifrazı zamanı yanma, qaşınma hissi. Yanma hissi sidik ifrazından sonra da davam edir.
Pollakuriya- tez tez və az sidik ifrazı
Tez-tez sidik ifraz etmə hissi
Tam boşalmama hissi
Bulanıq, pis iyli sidik ifrazı
Disparoniya- Cinsi əlaqə zamanı ağrı hissinin olması
Hematuriya- sidikdə qan olması
Qasıq və göbək altı bölgədə ağrı
Temperatur
Tərləmə
Yorğunluq
Qusma və ürəkbulanma
 
DİAQNOZU
Uroloq xəstənin şikayətləri və testlərə əsaslanaraq diaqnoz qoyur. Bu testlər sidik analizi, sistoskopiya (xüsusi alətlə sidik axarı və sidik kisəsinin görüntülənməsi) və vena daxili pieloqram adlanan xüsusi bir retgen çəkilməsi. İltihaba səbəb olan bakteriyanı müəyyən etmək üçün sidiyin əkilməsi lazım ola bilir.



SİSTİTİN MÜALİCƏSİ
Sistitlər, bakterial xəstəlik olduqları üçün antibiotiklərlə müalicə edilir. Müalicəyə başlamazdan əvvəl sidik analizi, əkilməsi və müvafiq antibiotik seçilməsi vacibdir. Xroniki sistitlərdə müalicə uzun müddətli ola bilir.



Sistit zamanı müalicəvi pəhriz
Ümumi qəbul edilən qidanın, həmçinin yağlı və duzlu qidanın həcmini azaltmalı
Sutka ərzində 2-2,5 litr maye qəbul etməli
Sidikqovucu çaylardan (urotea kimi böyrək çaylarından) istifadə etməsi və bu məhsullardan çox istifadə etməli: ananas, şalğam, albalı, moruq, yunan qabağı, başinağacı, kələm, şabalıd, quşüzümü, moruq, manqo, yulaf, xiyar, şaftalı, gavalı, balqabaq, gilas və s.
Təzə sıxılmış ərik, şaftalı və üzüm şirələri içməli
B1 vitamini ilə zəngin olan qidalar qəbul etməli (qaynadılmış kartof, banan, çərəzlər, lobya)
C vitamininə olan gündəlik tələbat 1 qramdan artıq olmamalı
Yay mövsümündə çoxlu qarpız yeməli (günə 2-2,5 kq)
Rasiondan qatı bulyonları, şokoladı, kakao, mayonez, konservləşdirilmiş məhsulları, qızardılmış və kəskin ədviyyatlı qidaları çıxarmalı
Spirtli içkilərdən istifadə etməməli
Gün ərzində 2-3 qramdan artıq xörək duzu qəbul etməməli (o cümlədən hazır məhsulların və çörəyin tərkibindəki duz da daxil olmaqla)
Ağır fiziki işlərlə məşğul olmamalı, soyuqdan qaçmalı
 
QORUNMA YOLLARI
Sistitdən qorunmaq üçün:
Sidiyi saxlamamaq
Mümkün olduğu qədər tez tez sidik ifraz etmək, beləliklə sidik kisəsindəki bakteriyaları uzaqlaşdıra bilərsiz
Cinsi əlaqədən sonra 10 dəqiqə içində sidik ifraz etməyə çalışmaq
Gün boyu bol su içilməsi (mümkünsə gündə 8 stəkan). Su, sidik kisəsində bakteriyaların tutulmasının qarşısını alır və bədəndən uzaqlaşmasını təmin edir
Qəhvə, çay, alkoqol kimi içəcəklərdən mümkün olduğu qədər az istifadə etmək
Genital bölgənizin uzun müddət nəm qalmamasına çalışmaq. Nəm bakteriyaların çoxalmasına şərait yaradır
Hər gün mütləq iç geyiminizi dəyişin
Vaginal ətir, sabunlardan az istifadə etmək
Menopauza dövründə estrogenli kremlərdən istifadə etmək
Xüsusilə yay aylarında hovuz sistitinə diqqət etmək lazımdır. Çirkli hovuzlardan istifadə etməmək lazımdır
 
KİŞİLƏRDƏ SİSTİT
4_1Sistit kişilərdə çox görülən xəstəlik sayılmaz. Sidik axarının uzun olması səbəbi ilə kişilərdə sisititin başqa səbəbləri var; sidik axarına təzyiq edən böyümüş prostat, sidik axarında şiş, daş, yad cisim və. s.



Əlamətləri
Sidik ifrazı zamanı ağrı hiss etmək
Tez-tez və ya təcili sidik ifraz etmə hissi
Bulanıq, pis iyli, qanlı sidik ifrazı. Temperatur

                 








Dr.Seymur MEHTIYEVUrolog-androlog

Mob: (+99455) 2444430
        (+99412) 5554430скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!