Döş xərçənginin müalicəsində narıncı meyvələrin əhəmiyyəti

Döş xərçənginin müalicəsində narıncı meyvələrin əhəmiyyəti
Xəstəliklər və müalicəsi
10.09.2017 20
Türkiyəli professor Cağatay Erden Daphan döş xərçənginin qarşısını almaq üçün daha çox meyvə və tərəvəz yeməyi tövsiyə edir. Təzə meyvə və tərəvəz yemək sadəcə, döş xərçəngi üçün deyil, xüsusilə mədə və bağırsaq xərçəngləri üçün də son dərəcə faydalıdır. Onun sözlərinə görə, bu qidalarda olan lif və antioksidant bədəni bir çox xəstəliklərdən müdafiə edir.



Qırmızı, narıncı meyvə və tərəvəz istehlakının əhəmiyyəti



Daphan "Aparılan araşdırmalarda xüsusilə narıncı meyvə və tərəvəzlərdə olan "karotenoid" adlanan maddənin siqaret çəkən və ya çox kök qadınlarda döş xərçəngi riskini azaltdığı məlum olub. Odur ki, karotenoidin qanda daha yüksək səviyyədə olduğu qadınlarda döş xərçəngi risk aşağı düşür".



Qeyd edək ki, həmin maddə ən çox kök, şirin kartof və balqabaqda var.  



Mütəxəssis "Pomidor, qreypfrut, qarpız, itburnu, turp və digər qırmızı rəngli qidaların ehtiva etdikləri likopen maddəsi də orqanizmi xərçəngin bir çox növündən qoruyur. Likopen prostat vəzinin xərçəngi, həzm sistemi, döş, dəri xərçəngi xəstəliklərinə yaxalanma riskini 30-40 faiz azaltmağa qadirdir” - deyib.



O bildirib ki, yüksək döş xərçəngi riskinə malik qadınların qırmızı və narıncı meyvələrə üstünlük verməsi xərçəngə yaxalanma riskini tamamilə azaltdığı araşdırmalarda dəfələrlə öz təsdiqini tapıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!