Məxmərək

Məxmərək
Xəstəliklər və müalicəsi
10.09.2017 164
Məxmərək - kəskin infeksion virus xəstəliyidir. İnfeksiya hava-damcı yolu ilə (xəstə asqırarkən, öskürərkən) digər insanlara keçir.



Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür.



Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpgilər əmələ gəlir. 2-3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.



Məxmərək xəstəliyindən sonra fəsadlar çox nadir hallarda baş verir. Xəstəliyin müalicəsi ev şəraitində aparılır. Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür.



Müalicə zamanı heç bir spesifik dərman preparatlarından istifadə olunmur. Müvafiq tələbat yarandığı halda həkim tərəfindən vitaminlər, zökəm və öskürəyə qarşı dərmanlar təyin edilə bilər.



Keçirilmiş məxmərək xəstəliyindən sonra davamlı, ömürlük immunitet yaranır.



Virus plasenta (cift) vasitəsi ilə dölə keçərək, hamiləliyin pozulmasına, doğulacaq uşaqda müxtəlif inkişaf qüsurlarının əmələ gəlməsinə (karlıq, ürək qüsurları, mərkəzi sinir sisteminin zədələnməsi və s.) səbəb ola bilər.



Məxmərək xəstəliyindən qorunmağın ən yaxşı yolu peyvənd edilməsindən ibarətdir. Məxmərəyə garşı peyvənd olunmamış və yaxın zamanlarda hamilə olmağı planlaşdıran qadınlar buna xüsusi diqqət yetirməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!