Gözlərimizin vəziyyəti sağlamlığımızın aynasıdır - fotolar

Gözlərimizin vəziyyəti sağlamlığımızın aynasıdır - fotolar
Xəstəliklər və müalicəsi
10.09.2017 43
Deyirlər, gözlər insan qəlbinin aynasıdır. Lakin gözlər tək qəlbin deyil, həm də sağlamlığın aynasıdır.



İnsanın gözlərinin vəziyyətinə baxıb onun sağlamlığı, onda olan bəzi xəstəlikləri və pozulmaları haqda məlumat almaq mümkündür.



1. Gözlərdə şişkinlik







Əgər səhər gözlərinizdə şişkinlik hiss olunursa, bu böyrəklər və ürəkdə olan pozulmalardan xəbər verir.



2. Göz qapaqlarının qızarması və şişməsi







Göz qapaqların qızarması və şişməsi allergiyanın və ya gözdə olan iltihabın əlaməti ola bilər.



3. Gözüm "atır" (tik)







Bunun əsas və ən yayılmış səbəbi stresdir. Bu həmçinin ümumi yorğunluq, göz yorğunluğu (xüsusilə kompüterdə işləyən insanlarda), qidalanmada maqnezium və kalsium kimi mineralların çatışmazlığı zamanı mümkündür.

Düzgün seçilməmiş eynək və ya kontakt linzaları gözlərin tez yorulmasına və nəticədə tikin əmələ gəlməsinə səbəb ola bilər.



4. Göz qapağının aşağı düşməsi







Bu çox ciddi simptomdur. Bunun səbəbi miasteniya (əzələ zəifliyi ilə müşayiət olunan xəstəlik) ola bilər.



5. Gözlərin yaşarması







Bunun səbəbi konyuktivit (göz iltihabı), allergiya (o cümlədən, kosmetk vasitələrə), orqanizmin ümumi infeksion xəstəlikləri (angina, qripp və s.), gözə yad cismin düşməsi, göz yorğunluğu, B2 vitaminin və kaliumun çatışmazlığı, düzgün seçilməmiş eynək və optik linzalar.



6. Göz büllurunun bulanması







Bu çox ciddi simptomdur. Bu insanda kataraktanın (ağır göz xəstəliyi) simptomu ola bilər.



7. Gözlərdə qansızmalar







Gözlərdə əmələ gələn qansızmaların səbəbləri:

- arterial təzyiqin artması

- şəkərli diabet

- beyin şişləri

- ümumi infeksion xəstəliklər

- qan xəstəlikləri

- miqren

- göz xəstəlikləri və iltihabları (keratit, konyuktivit, blefarit, qlaukoma)

- ağır fizki yükləmələr.



8. Gözlərin altında kölqələr







Səbəblər arasında:

- irsiyyət

- yaş dövrü (yaşlı insanlarda əmələ gəlir)

- stress, xroniki yorğunluq

- göz yorğunluğu

- avitaminoz (vitamin və mineralların çatışmazlığı)

- qanazlığı

- qurd xəstəlikləri

- böyrək, qara ciyər, öd kisəsi xroniki xəstəlikləri



9. Göz ağının göyümtül olması







Bunun səbəbi bəzi nadir genetik xəstəliklər ola bilər. Belə xəstələrin sümükləri kövrək olur, tez-tez qırılır. Xəstəlik uşaq vaxtından özünü büruzə verir.



10. Göz ağının sarımtıl olması







Bunun səbəbi hepatit A, qara ciyər və öd yollarının xəstəlikləridir.



11. Gözlərin bərəlməsi







Əksər hallarda bunun səbəbi hipertireoz xəstəliyidir (qalxanvari vəzi hormonlarının səviyyəsinin artması).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!