Ağır xəstəliklərin kütləviləşməsinin səbəbi - spirtli içkidir

Ağır xəstəliklərin kütləviləşməsinin səbəbi - spirtli içkidir
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Uzun illər yanlış olaraq müəyyən miqdarda qəbul edilən spirtli
içkinin ürəyi qidalandıran damarları genişləndirdiyi əsas gətirilərək,
ürək üçün faydalı olduğu hesab edilirdi. 
 



 
Lakin aparılan son araşdırmalar göstərir ki, alkoqollu içki
nəinki ürək-damar sisteminin sıradan çıxmasına, eyni zamanda qaraciyər,
mədə-bağırsaq və ən əsası xərçəng xəstəliyinin yaranmasına yol açır.
 



 
Yaponiyada spirtli içkilərin sağlamlığa təsirini müəyyənləşdirmək
üçün alimlər araşdırma aparıblar. Belə ki, 40-64 yaş arası 39 min 76
nəfər 11 il müddətində müşahidə olunub. Spirtli içki qəbul edənlərlə
etməyənlər müqayisə olunub və alkoqolun miqdarı artdıqca ürək-damar
xəstəliklərinin də artdığı məlum olub.
 



 
Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibbi elmləri
namizədi, kardioloq Rafiq Yusifli "Zaman-Azərbaycan" qəzetinə
müsahibəsində bildirdi ki, spirtli içki qəbul edənlərin ürək-damar
sistemində ciddi fəsadlar əmələ gəlir: "Spirtli içkinin orqanizmə çox
ciddi təsirləri var. Belə ki, ürəyin fəaliyyətinə, qaraciyərin sıradan
çıxmasına, mədə və bağırsaqda yaranın əmələ gəlməsinə səbəb olan
alkoqollu içkilər səhhəti pisləşdirərək qəfil ölümlərə yol aça bilir.
Gənclər arasında içki aludəçiləri az deyil. İçkidən imtina etdikdən
sonra onlarda şiddətli ürək döyünmələri, əllərdə əsmələr müşahidə
olunur. Alkoqolun təsirindən ürək əzələsində xırda çapıqlar yaranır,
ürək boşluğunda genişlənmələr baş verir ki, bu da ürəyin yığılması
prosesini ləngidir. Bu da, öz növbəsində, ürək çatışmazlığı,
təngnəfəslik, gecə boğulmaları, aşağı ətraflarda şişkinliyin əmələ
gəlməsinə yol açır. Bu xəstələr spirtli içkidən vaxtında imtina etsələr,
bu cür fəsadların qarşısını almaq mümkün olur. Lakin toxumalar tamamilə
sıradan çıxdıqdan sonra müalicənin də faydası yoxdur".
 



 
Kardioloq R. Yusifli spirtli içki qəbul edən insanlarda ürək
ritminin pozulması, qan təzyiqinin yüksəlməsi kimi hallara tez-tez rast
gəlindiyini bildirdi. Onun sözlərinə görə, ürək ritminin pozulması
infarkt, qan təzyiqinin yüksəlməsi isə beyinə qan sızması kimi ağır
fəsadlarla özünü büruzə verir. Çox zaman alkoqollu içki qəbul edən
şəxslər öz hərəkətlərinə nəzarət edə bilmirlər. Xüsusən yaşlı insanlar
içərək həm mədə-bağırsağını yükləyir, həm də fiziki emosional
fəallıqları yüksəlir ki, bu da qəfil ölümlərinə gətirib çıxarır.
 



 
Alkoqollu içkilərin təkcə ürəyə deyil, bir çox orqanlara mənfi
təsiri var. R. Yusifli tünd spirtli içkinin mədənin selikli qişasına
təsirsiz ötüşmədiyini və uzunmüddətli istifadə edənlərdə mədə qanamasına
yol açdığını dedi: "Uzun müddət tünd içki qəbul edənlərdə mədə və on
iki barmaq bağırsaqda yara əmələ gəlməsi ehtimalı olduqca yüksəkdir.
Xüsusilə, həzm sistemində xərçəngin yaranmasını sürətləndirir. Buna
səbəb içkinin 20 faizinin mədəyə, qalan əsas hissəsinin isə bağırsaqlara
ötürülməsidir. Xüsusi zərərləri qaraciyərə olur. Belə ki, maddələr
mübadiləsinin pozulması nəticəsində qaraciyərdə yağlanma əmələ gəlir ki,
bu da bir çox xəstəliklərin təməlini qoyur. Alkoqollu içkilərin
tərkibində elə maddə var ki, o birbaşa normal qaraciyər toxumasını məhv
edir və yerində heç bir əhəmiyyəti olmayan "çapıq" toxumalar əmələ
gətirir. Bu da el arasında "qaraciyər sirrozu" adlanan xəstəliyin
yaranmasına səbəb olur. Hətta insan daha əvvəl sarılıq keçiribsə və ya
piylənmə varsa, onda sirroz daha sürətli yayılır və bu da çox zaman
müalicəyə cavab verməyəcək həddə olur. Xarici ölkələrdə qaraciyər
köçürməsi ilə bunun qarşısını müəyyən qədər almağa çalışırlar".
 



 
Spirtli içki həm də sağlam yuxu rejiminə mənfi təsir edir. Bir
çoxları içki qəbul etdikdən sonra yuxulasa da, həkimlər bunu orqanizmin
ehtiyacını təmin etmədiyi üçün normal hesab etmirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!