Vitamin və mineral çatışmazlığı hansı xəstəliklərə səbəb olur?

Vitamin və mineral çatışmazlığı hansı xəstəliklərə səbəb olur?
Xəstəliklər və müalicəsi
10.09.2017 100
Düzgün qidalanmadıqda və qida menyusunda çox çeşidlilik müşahidə edilmədikdə orqanizm bəzi siqnallar verməyə başlayır. Sizin xəstəlik kimi qəbul etdiyiniz bu siqnallar, əslində, orqanizminizin qida çatışmazlığı ilə üzləşdiyini göstərir. Bədəninizdə müəyyən minerallar və vitaminlər çatışmadıqda bir çox problemlə üzləşə bilərsiniz.



1. Problem: Bel ağrısı

Ehtimal olunan səbəb: D vitamini çatışmazlığı Kimlər təhdid altındadır?: xüsusilə, qara dərili insanlar və yaşlılar. Nə yemək lazımdır?: qızıl balıq, yumurta sarısı, süd, tərkibində D vitamini olan göbələklər.



2. Problem: Diş ətinin qanaması

Ehtimal olunan səbəb: C vitamini çatışmazlığı Kimlər təhdid altındadır?: həddən artıq stress keçirənlər. Nə yemək lazımdır?: qırmızı bibər, sitrus meyvələri, brokkoli, pomidor, kivi.



3. Problem: Zob xəstyəliyi

Ehtimal olunan səbəb: yod çatışmazlığı Kimlər risk altındadır?: hamilə qadınlar və duzdan imtina etmək məcburiyyətində qalan yüksək təzyiqdən əziyyət çəkən xəstələr. Nə yemək lazımdır?: su yosunu, süd məhsulları, yumurta, duzlu su balığı



4. Problem:

Şiddətli sinə ağrısı və ya sümük əriməsi Ehtimal olunan səbəb: K2 vitamini çatışmazlığı Nə yemək lazımdır?: Pendir, soya, qaraciyər.



5. Problem:

bədən üzvlərində keyimə Ehtimal olunan səbəb: B12 vitamini çatışmazlığı Kimlər təhdid altındadır?: Ət yeməyənlər, yaşlı insanlar, qısa müddətdə çox çəki itirənlər. Nə yemək lazımdır?: balıq, ət, qatıq, pendir.



6. Problem:

Buz çeynəmə vərdişi və diqqətsizlik Ehtimal olunan səbəb: dəmir çatışmazlığı Nə yemək lazımdır?: ispanaq, tünd şokolad.



7. Problem:

Əzələ yığılması və əzələlərin səyriməsi Ehtimal olunan səbəb: maqnezium çatışmazlığı Nə yemək lazımdır? qoz, çərəzlər, ispanaq, arpa, yulaf, paxlalı bitkilər



8. Problem:

qadınlarda hamiləliyin yarımçıq sonlandırılması, kişilərdə sonsuzluq Ehtimal olunan səbəb: fol turşusu çatışmazlığı Nə yemək lazımdır?: göyərti, paxlalı bitkilər, günəbaxan tumu



9. Problem:

Dadalma qabiliyyətinin azalması və iştahsızlıq Ehtimal olunan səbəb: Sink çatışmazlığı Nə yemək lazımdır?: istiridyə, hind quşu əti, qabaq tumu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!