Kabus və qarabasma görməyə başlamısınızsa...

Kabus və qarabasma görməyə başlamısınızsa...
Xəstəliklər və müalicəsi
10.09.2017 18
Doqquz Eylül Universiteti (DEU) Tibb Fakültəsi Nevrologiya üzrə
fundamental elm sahəsinin tədris üzvü, prof. dr. Barış Baklan uşaqlıq,
yetkinlik dövrlərində və psixi xəstəliklərdən əziyyət çəkənlərin daha
çox kabus gördüklərini bildirib.
 
Yetkinlərin tez-tez kabus görməsinə hansısa işlərinin yolunda
getməməsi, həmçinin gizli depressiya səbəb ola bilər. Baklanın fikrincə,
bu, iş və ya şəxsi həyatda problemlər, həmçinin psixi pozğunluqlardan
da qaynaqlana bilər. Lakin sağlam və xoşbəxt insanlar da bəzən kabus
görə bilər. Xoşbəxt insanlar anası, atası, övladı, sevgilisi, çox
sevdiyi insanların başına pis bir iş gəldikdə bunu yuxuda görə bilərlər.
Gözəl yuxu görmək üçün isə gündüz işlərin yolunda getməsi lazımdır.
Eyni zamanda gecə qidalanma da ağır olmamalıdır, çünki bu, avtonom sinir
sistemini yorduğu üçün tərləməyə səbəb olur və bu narahatlıq da yuxuda
əks olunur.
 
Hər kəs yuxu görür və yuxu bədənin bir funksiyasıdır. Lakin bəzi
insanlar gördükləri yuxunu xatırlamaya bilər. Yuxu mərkəzi ilə bağlı
araşdırmaları zamanı yuxu əsnasında elektrofiziki dəyişikliklər müşahidə
etdiklərini qeyd edən Baklan yuxu zamanı gözlərin hərəkət etdiyini,
xüsusilə göz bəbəklərində bu hərəkətin daha nəzərəçarpan olduğunu
söyləyib.
 
Yuxuları "məntiqli” və "məntiqsiz” olaraq 2 qrupa ayırmaq olar.
"Məntiqli” yuxular daha çox ağ-qaradır və adətən gündəlik həyatla
bağlıdır. Yuxunun erkən mərhələsində görülür. Non-rem (yuxuya getdikdən
sonra ilk 45 dəqiqədəki yuxu mərhələsi) yuxulardır və yuxuya
gedər-getməz görülür.
 
"Məntiqsiz” yuxular isə rem mərhələsinə aiddir. Bu zaman eşitmə,
toxunma və görmə duyğuları çalışır, canlı yuxulardır. Bəzi insanlar bu
mərhələdə uçduğunu və ya cəmiyyət içində çılpaq gəzdiyini söyləyir. Bu
da yuxuya getdikdən təxminən 1,5 saat sonra gerçəkləşir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!