Balıqları seyr etmək stressi aradan qaldırır

Balıqları seyr etmək stressi aradan qaldırır
Xəstəliklər və müalicəsi
10.09.2017 21
Akvarium balıqlarının həvəskarları bilirlər ki, onları seyr etmək əsil zövqdür.
 
Balıqların bitkilərin arasında, parıldayaraq və gözoxşayan
görünüşlə üzmələri əhval-ruhiyyəni qaldırır. Hər hansı yerdə - qonaq
gedərkən, zoomağazada və ya ticarət mərkəzində akvarium gördükdə
qeyri-ixtiyari qarşısında ayaq saxlayır və onları izləməyə başlayırıq.
 
Sübut olunub ki, balıqları izləmək sadəcə estetik zövq deyil,
eyni zamanda üzən canlılara baxmaq sağlamlıq üçün faydalıdır. Balıqların
orqanizmə rahatladıcı, sakitləşdirici təsiri şübhəsizdir. Bununla bağlı
araşdırma aparan alimlər bu nəticəyə özləri də təəccübləniblər.
 
Plimut və Ekseter universitetlərindən olan britaniyalı alimlər
maraqlı bir təcrübə keçiriblər. Onlar insanların Milli Dəniz Muzeyini
ziyarət etməsindən sonra fiziki  və psixi vəziyyətlərinin necə
dəyişdiyini izləyiblər. Ziyarətçilərdə ürək ritminin və arterial
təzyiqin azalması müşahidə olunub. Onlar özlərini sanki meditasiya
seansından çıxmış kimi hiss ediblər. Hər kəsdə əhval-ruhiyyə yüksəlib,
insanlar akvarum olan zallardan balıqları heyranlıqla, sakitliklə
izləyərək və xoşbəxt halda çıxıblar. Ziyarətçilər nə qədər çox balıq
seyr etsələr, özlərini bir o qədər yaxşı hiss ediblər.
 
Alimlər bu fikrə gəliblər ki, akvarium balıqlarını seyr etmənin
insanlara təsir gücündən geniş şəkildə istifadə etnək lazımdır. Artıq
bəzi stomatolji kabinetlərdə, xəstəxanaların qəbul şöbələrində, ticarət
mərkəzləri, kinoteatr, restoranlar kimi insanların sıx olduğu məkanlarda
akvariumların quraşdırılması kimi praktika mövcuddur. Bəzi
psixonevroloji xəstəxanalar var ki, orda akvariumlardan dərman
preparatları ilə birlikdə sakitləşdirici vasitə kimi istifadə olunur. Bu
metodun geniş tətbiq olunması çox faydalı ola bilər. Bu, böyük
şəhərlərdə yaşayan insanlarda stress səviyyəsinin azalmasına və psixi
sağlamlığın güclənməsinə öz töhfəsini verər.
 
Akvarium – gözəl görünüşlü rahatlama oazisidir. Əgər ev
akvariumuna sahib olma imkanınız yoxdursa, hərdənbir akvariumların
olduğu məkanlara balıqları izləməyə getməyiniz məsləhət görülür. Bu, boş
vaxtınızı səmərəli və gözəl keçirməyinizi təmin edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!