Paxıllıq hissi ağır xəstəlikdir

Paxıllıq hissi ağır xəstəlikdir
Xəstəliklər və müalicəsi
10.09.2017 33
İnsanlar paxıllığın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Ancaq danılmaz bir faktdır ki, qadınlar kişilərlə müqayisədə daha çox paxıl olurlar. Statistik faktlar göstərir ki, paxıllıq hissi bir çox qadınların "ayrılmaz hissəsi”dir.

Qadınlar kişilərə nisbətən daha eqoist, paxıl olur, çox vaxt bir-birlərinin arxasınca qeybət etməyi sevirlər. Buna görə də paxıllıq siyahısında əsasən qadınların adı hallanır. Amma bu, o demək deyil ki, kişilər paxıl olmurlar. Hər bir insanda paxıllıq hissi azacıq və müvəqqəti olsa da mövcuddur. Çoxları paxıllığı xudbinliklə və ya qibtə ilə qarışdırırlar. Xudbinlik kibrdir, başqalarına yuxarıdan aşağı baxmadır. Qibtə etməyin isə zərəri yoxdur. Hər kəs qibtə edə bilər. Dediyimiz kimi, bunun insana zərəri yoxdur. Paxıllıq isə insana hər tərəfdən zərbə vurur, insanlıq hisslərini oldürür. Paxıllıq bir adət, "xəstəlik” halını alarsa, daha təhlükəlidir. Bir sözlə paxıllıq psixoloji və sosioloji bəladır. İnsanın insana paxıllığı sonda kinə və ya müsbət mənada rəqabətə çevrilə bilir. Kinə çevrilmiş paxıllıq fəlakətə, müsbət rəqabətə çevrilən paxıllıq isə tərəqqiyə səbəb olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!