Xoşbəxt olmaq üçün nələrdən imtina edilməlidir?

Xoşbəxt olmaq üçün nələrdən imtina edilməlidir?
Xəstəliklər və müalicəsi
10.09.2017 18
Divarlarınızı dağıdın!



Xoşbəxt olmaq üçün həmişə başqa yerlərdə bir şey axtarmaq lazım olduğunu güman edirik. Halbuki, tək etməli olduğumuz xoşbəxtliyi öz içimizdə axtarmaq və doğru hesab etdiyimiz bəzi səhvlərimizdən imtina etməkdir. Oxuyun:



Keçmişi geridə qoymaq

Keçmişi arxada qoyun və həyatınıza davam edin. Keçmişdə etdiyiniz səhvləri və səhv seçimləri özünüzə dərd etməkdən əl çəkin. Keçmişdə olan oldu və onu artıq dəyişdirə bilmənizin imkanı yoxdur. Artıq gələcəyə baxmalı və özünüz üçün doğru addımlar atmalısınız.

     

Hadisələri və insanları sinifləndirməyin

Həm özünüzü, həm də başqalarını etiketləndirməyi və sinifləndirməyi buraxın. Mühakimə etmək başqalarını və özünüzü sevmənizə mane olur.

     

Özünüzə əsəbiləşməyin

Özünüzü nə qədər tez-tez etdiyiniz bir şey üçün danlayırsınız? Bunu etməyi bir an əvvəl buraxın. Hamımızın səhvləri var, heç birimiz mükəmməl deyilik.

     

Hər zaman haqlı olmaq məcburiyyətində deyilsiniz

İnsan hər zaman haqlı ola bilməz. Özünüzə də yanılma payı verin və hər şeyi bilmək məcburiyyətində olmadığınızı ağlınızdan çıxarmayın. Hamımız bu həyatda bir tələbə və müəllimik.

     

Şikayət etməkdən əl çəkin

Həyatda hər zaman şikayət edəcək bir şeylər var. Hava, insanlar, nəqliyyat deyəndə şikayət edəcək bir şey tapmaq çox asandır amma bunu etmək sadəcə sizi daha bədbəxt edər. Bu neqativ dövriyyədən uzaqlaşın və əlinizdəkilər üçün şükür edin.

     

Həyatınızı başqalarının gözləntilərinə görə yaşamayın

Həyatda etdiyimiz ən böyük səhv özümüz üçün deyil, başqaları üçün yaşamaqdır. Başqalarının nə düşünəcəyini və ya ana atanızın nə istədiklərini boş verin. Öz xəyallarınız və arzularınızın arxasınca gedin.

     

Dəyişikliyə qarşı döyüşməyi buraxın

Daha azad və daha xoşbəxt olmağın yolu divarlarınızı dağıtmaqdır. Mühakimə etməyi, ətrafınıza divar hörməyi, tənqid etməyi buraxın və həyatın axarına görə hərəkət edin. Çox daha xoşbəxt olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!