Öskürəyə nə səbəb olur?

Öskürəyə nə səbəb olur?
Xəstəliklər və müalicəsi
10.09.2017 22
Öskürək bədənin hava yollarını təmiz saxlaması üsuludur. O, demək olar ki, həmişə nəfəs yolunun qıcıqlanmasına görə baş verir. Boğazdakı sinir ucları, nəfəs borusu yaxud ağciyərlər hər hansı qıcıqlanma hiss etdikdə reflekslər havanı şiddətlə hava yollarından çıxarır.



Selik ən çox rast gəlinən qıcıqlandırıcı maddə hesab edilir– bu maye burun dəliklərini təmizləyir və nəmləndirir. Biz heç bilmədən müəyyən qədər selik uduruq, ancaq soyuqdəymə ilə əlaqədar olaraq çoxlu selik yığıldıqda bu maye boğazın dibində yığılır və öskürəyə səbəb olur.



Çox vaxt öskürəyi soyuqdəymə, bronxit, göy öskürək, qrip və pnevmoniya kimi nəfəs yollarının xəstəliklərilə əlaqələndirirlər. Ancaq öskürəyə digər amillər də səbəb ola bilər məsələn, allergiyalar, yer fındığı və ya kiçik oyuncaqlar kimi yad cisimlərin udulması, boyanın qoxusu, siqaret tüstüsü və ya həşərat əleyhinə spreylərin nəfəsə gedib müvəqqəti qıcıqlanma yaratması.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!