Diş və dişəti xəstəliklərinin profilaktikası - təbii ağarma

Diş və dişəti xəstəliklərinin profilaktikası - təbii ağarma
Xəstəliklər və müalicəsi
10.09.2017 15
Diş və dişəti xəstəliklərinin
profilaktikası
... Dr. Qarabəy Hacıyev 





 . Dişlərin professional şəkildətəmizlənməsi. İl ərzində 2 dəfə (hər 6
aydanbir) olmaqla mütləq stomatoloqun profilaktik müayinəsindən
keçmək və dişlərin peşəkar səviyyədə təmizlənməsini yerinə yetirmək lazımdır.
Dişlərin peşəkar səviyyədə
təmizlənməsi nə üçün vacibdir? Məsələ bundan ibarətdir ki, diş daşlarının müstəqil
şəkildə təmizlənməsi, əksər hallarda diş ərpinin (diş daşlarının) tam şəkildə
xaric edilməsini təmin etmir. Dişlərin peşəkar səviyyədə təmizlənməsi- ilk öncə
diş daşlarının təmizlənməsindən (mexaniki və ya ultrasəs aparatı ilə), daha
sonra diş səthinin xüsusi fırçalarla hamarlanmasından, daha sonra isə tərkibində
flüor elementi olan xüsusi qoruyucu lakla işlənməsindən ibarətdir. İldə 2 dəfə
profilaktik olaraq stomatoloqun müayinəsindən keçmək, dişəti xəstəlikləri
riskinin 80%, kariyes xəstəliyinin baş vermə ehtimalının isə 40% azalmasına səbəb
olur.
Təsirli
profilaktika üsullarından biri də dişlərdə olan fissurların hermetizasiyasından
(bağlama, örtmə) ibarətdir. Dişlərin üzərində çox kiçik şırımlar, fissurlar
olur və bunlarkariyes prosesinə daha çox meylli olurlar. Ona görə də, ağız
boşluğunda olan bakteriyalar üçün orada yerləşmək, möhkəmlənmək və çoxalmaq
üçün daha yaxşı və münbit şərait olur. Fissurların örtülməsi üçün çeynəmədə
iştirak edən molyar və premolyar dişlərin çeynəmə səthlərinə nazik bir qatla
xüsusi qoruyucu material sürtürlür. Nəticədə fissurlar qapanmış olur ki, bu da
dişlərin bir çox illər ərzində kariyesdən qorunmasına səbəb olur. Fissurların bu üsulla hermetizasiyasını 6-12 aylarından
başlayaraq uşaqlarda çıxan həm süd, həm də daimi dişlərə tətbiq etmək məsləhət
görülür.
·Profilaktik baxışdan savayı, hər bir dişdə ilk ağrı
əlamətləri hiss olunan kimi, tez bir zamanda stomatoloqun qəbuluna getmək
lazımdır.

Hətta dişdə olan ağrını müstəqil şəkildə
aradan götürə bilsəniz də, sakitləşərək həkimə getməyi təxirə salmayın! Bu
halda proses kəskin haldan xroniki hala keçmiş olur.

Ağızdan pis qoxu gəldikdə, dişətlərində kista (kiçik ağrılı törəmə) əmələ gəldikdə,
həmçinin dişətlərindən hətta az miqdarda qanaxmalar olduqda da stomatoloqun qəbuluna
getmək vacib hesab edilir.




·Düzgün qidalanmaq dişlərin sağlamlığı üçün də böyük
əhəmiyyətə malikdir.

Ağız boşluğunda milyardlarla
bakteriyalar "yaşayır”. Orqanizm özü daim onlarla mübarizə aparır, biz isə
fırça və diş pastası ilə ona kömək edirik. Ağız boşluğunda olan bakteriyalar
karbohidratları – şəkər, qənnadı məmulatları, konfetlər, makaron və s. bu kimi
məhsulları çox "sevir”. Onların təsirindən bakteriyaların sayı fəlakətli dərəcədə
artır. Buna görə də kariyesin profilaktikası üçün imkan olduqca karbohiratları əsasən
səhər və axşam yeməkləri zamanı qəbul etmək və bundan sonra isə dişləri təmizləmək
çox vacib hesab edilir. Əgər nahar vaxtı karbohidratlarla zəngin olan qida qəbul
etmiş olsanız, qida qəbulundan sonra vaxt taparaq dişlərinizi təmizləməli və ya
ağız boşluğunuzu qarqalarla yaxalamalı, bu da mümkün olmadıqda isə, bir neçə dəqiqə
ərzində şəkərsiz saqqız çeynəməlisiniz. Çünki saqqız çeynənməsi zamanı ağız
suyu miqdarı artır. Tüpürcəyin tərkibində olan bəzi maddələr diş emalını zədələyən
mikroblara qarşı antibakterial xüsusiyyətlərə malikdir.Lakin onu da bilmək lazımdır ki, saqqızı 5-7 dəqiqən artıq və acqarnına çeynəmək
olmaz!




·Dişlərin sağlamlığını uzun müddət ərzində qorumaq
üçün, gün ərzində olan yanğı hissiyyatını qazlı və şirin içkilərlə, kofe və çay
ilə deyil, su ilə aradan qaldırmaq daha xeyirli hesab edilir.

Dişlərin sağlamlığı üçün tərkibində flüor
elementi olan duzların istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Çünki,
bunun nəticəsində tüpürcəyin tərkibində, dişlərin qorunmasında vacib rol
oynayan flüoridlərin miqdarının artması baş verir.
Dişlər
həmçinin çox soyuq və çox isti qidaları, içkiləri də (xüsusən isə onların növbələnməsini)
"sevmirlər”.



Qeyd: Son dövrlərdə
yoluxucu xəstəliklər geniş yayılmışdır. Xüsusəndə hepatit B, C, QİÇS (AIDS)
viruslarına yüzlərlə, minlərlə insanlar yoluxmuşdur.

Çalışın kabinet şəraitində heç bir şəkildə alətləri sterilizasiya edilməyən, əlcəksiz
işləyən, eyni aləti təmizləmədən bir neçə xəstədə işlədən və ən əsası heç bir təhsili,
diplomu olmadan sadəcə "dəlləklik" edən dişçilərdən uzaq durun.
Sağlamlığınız öz əlinizdədir.



Hörmət və sevgilərlə Dr. Qara bəy
Hacıyev


Mob: 055-348-35-25 (Whatsapp)

Facebook adresimiz: http://www.facebook.com/dr.haciyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!