Kişilərdə sonsuzluq

Kişilərdə sonsuzluq
Xəstəliklər və müalicəsi
10.09.2017 38
Kişilərdə tam və ya natamam sonsuzluğun əsas səbəbləri tam keyfiyyətli spermatozoidlərin xayalarda yaranmaması, onların xaya artımlarında lazımi dərəcədə yetişməməsi, spermatazoidlərin cinsiyyət üzvü yollarında hərəkətinə mane olan pozuntulardır. Bu zaman sekretor və Sekretor sonsuzluqlar ayırd edilir.



Sekretor sonsuzluq xayalarda anadangəlmə və ya Sonradan qazanılmış çatışmazlıqlar nəticəsində yaranır. Anadangəlmə sonsuzluq xayaların hər ikisinin olmamasının (anorxizm) nəticəsində baş verir və nadir hallarda təsadüf olunur. Başqa bir anomaliya — monorxizm (birxayalılıq) normal inkişaf etdikdə özünün bütün endokrin və spermatokenez vəzifələrini yerinə yetirir və spermanın mayalandırmaq xüsusiyyətini təmin edir. Xayalardan birinin və ya hər ikisinin xayalığa enməməsinə (kriptorxizmə) daha çox təsadüf edilir. Xayalar adətən uşağın qarın boşluğunda inkişaf edərək 9 aylığında xayalığa enirlər, lakin 10-15%-ində bu normal , vəziyyət baş vermir. Belə vəziyyətdə olan uşaqların 70%-ində həyatın birinci ilində, qalanlarında isə bir qədər də gec xayalar öz təbii yerlərinə enirlər. Lakin 0,2-0,3%-ində isə kriptorxizm böyük yaşlara qədər qalır. Bu vəziyyət ananın hamiləlik dövründə müxtəlif xəstəliklər keçirməsi ilə, zədələnmələrlə, bəzən hormonal pozğunluqlar və irsi xəstəliklər ilə izah olunur. Bəzi kişilərdə xarici mühit amillərinin təsirindən (soyuqlama, ağır fiziki əmək və s.) xayalar yuxarı dartılaraq xayalıqdan çıxır (kriptorxizm) və qasıq kanalına keçirlər. Xayalıqdan çıxmış xayalar onlar üçün yüksək sayılan 37°S hərarətin təsirinə məruz qaldıqda öz daxili quruluşunu itirir, atrofiyalaşır və hətta yaman xəstəliyi baş verə bilir. Məlumdur ki, xayalıq soyuqda yığılaraq qısalır və istidə boşalaraq genişlənir və beləliklə spermatokenezm (spermanm yaranmasım) təmin və tənzim etmək üçün 33 – 34° ,S optimal hərarəti daimi vəziyyətdə saxlayır. Valideynlər oğlan uşaqlarının xayalarında kiçik yaşlarında qeyri-normal vəziyyət müşahidə etdikdə mütəxəssisə müraciət etməlidirlər.



Bəzi irsi xəstəhklərdə cinsiyyət sistemində anadangəlmə qeyri-normallıqlar xarakter haldır. Spermatozoidlərin yaranıb hazırlanmasına oğlanların bir sıra yoluxucu xəstəliklər (tif, qızılca, məxmərək, malyariya, brusellyoz, qrip və s.) keçirmələri də mane ola bilər. Sekretor sonsuzluğu əmələ gətirən səbəblərdən ən əsası parotit (xanazir) xəstəliyini xüsusilə qeyd etmək lazımdır. Bu xəstəliyi keçirmiş kişilərin, demək olar ki, 40%-ində spermatozoidlərin hasil olub yetişdikləri xayaların və xaya artımlarının toxumalarında dəyişikliklər olur.



Cinsiyyət üzvlərində zədələnmələr nəticəsində olan sonsuzluq bu orqanların qanla təminatının azalması, qansızmalar, ödəmlər səbəbindən baş verir. Müxtəlif cərrahi müdaxilələr (yırtıqların Tikilməsi və s), qan damarlarının varikoz genəlmələri, xayalara mays tollanması da sonsuzluğun əmələgəlmə səbəblərindəndir və belə hallarda təcili cərrahın müdaxilə tələb olunur.

Xayaların fəaliyyətinə təsir edən amillərdən müxtəlif zəhərli maddələrin (çivə, qurquiyun, manqan, benzol və s.) təsiri, müxtəlif dərman preparatları, xüsusilə antibiotikdər və cinsiyyət hormonlarının sistemsiz qəbul olunması, ionlaşdırıcı şüaların təsiri, bir sıra endokrin xəstəlikləri, qidalanmanın keyfiyyətsiz olması, qidada vitaminlərin çatışmazlığı. və s. göstərilə bilər. Xayaların toxumalarında dəyişikliklər çox zaman nikotin və alkohol zəhərlənmələri nəticəsində baş verir. Bu amillərin patoken təsiri çoxcəhətlidir: qan damarlarının sıxılması nəticəsində xayaların qakla qidalanmasını çətinləşməsi, y kromosom aparatının pozulması nəticəsində eybəcər uikpların doğulması təhlükəsi, qara ciyərin alkoholun təsiri ilə xəstələnmələri nəticəsində xayalarda olan toksiki təsirin güclənməsi.



Kişidə çox mürəkkəb olan cinsiyyət sahəsinin idarə olunmasında beyin qabığı, hipotalamus, hipofiz, xayalar iştirak edirlər. Onlardan hər hansı birinin pozuntusu bütün sistemin idarə olunmasını pozaraq kişinin mayalandırmaq qabiliyyətinə mənfi təsir göstərir. Elə buna görə də beyin və onurğa beyninin zədələnmələrindən, mərkəzi sinir sisteminə alkoholun təsirindən və bəzi şişlərin əmələ gəlməsindən də belə vəziyyət yaranır. Sinir amilinin də çox böyük əhəmiyyəti var, belə ki, ağır psixi zədələr eyakulyatın keyfiyyətinə də mənfi təsir göstərir və bunun nəticəsində bəzən də spermatozoidlər toxum mayesindən tamamilə itib yox ola bilirlər.



Son illər alimlərin diqqətini kişinin mayalandırma qabiliyyətinə mənfi təsir göstərən immunitet amili cəlb etmişdir. Ümumi infeksiyalarda hemototestikulyar mayesinin (qanla xaya toxumaları arasındakı maddələr mübadiləsini tənzim edən fizioloji mexanizm, keçiriciliyinin yüksəlməsi, zədələnmələr, aşağı və yüksək temperaturun təsiri, avitaminozlar və başqa amillər kişinin qanında öz xüsusi spermatoken spitel hüceyrələrinə qarşı əks cinslər yaranmasına və, beləliklə, autoimmun sonsuzluğa gətirib çıxarır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!