Gecə korluğu haqqında

Gecə korluğu haqqında
Xəstəliklər və müalicəsi
10.09.2017 85
Gecə  korluğu (Toyuq korluğu)  sərbəst  xəstəlik  deyil , daha  çox  digər  xəstəliklərin   simptomudur "toyuq  korluğu” da  adlanmasının  səbəbi  toyuqlarda olduğu  kimi  gecə görmənin   pozulmasıdır. Gözün  torlu  qişası  3 qatlı çöpəbənzər (çöplər) kolbacığabənzər ( kolbacıqlar)  hüceyrələrlə  örtülüdür. Çöplər ağ qara  rəngləri və gecə  görməni, kolbacıqların  gündüz  vaxtı  rəngləri   qəbul edir. İnsanda 110-125 mln  çöpcüklər,6-7  milyon  kolbacıqlar  var (18:1nisbətində). Çöpcüklərdə  radopsin  piqmentin  pozulması  gecə  korluğunun  inkişafına  səbəb  olur. Anadangəlmə   və qazanılma  ola  bilər. Anadangəlmə  gecə  korluğunda irsi  faktor-piqmentli  retint  və ya Aşer  sindromu  əsas  rol  oynayır. Qazanılma  korluğun  səbəbləri  keçirilmiş  qızılca, su  çiçəyi, məxmərək və hepsisin  ağırlaşması, qanazlığı, diabet, katarakta,qlaulkoma, miopiya, görmə  sinirinin  atrofiyası , alkoqolizm  ola bilər. Lakin  gecə  korluğu  əsas  səbəbkarı  A, B2,PP  vitaminlərin  çatışmazlığı  hesab olunur.



Müalicə: Anadangəlmə  gecə korluğunun  müalicəsi  üçün  tibbin  imkanları  məhdudur. Qazanılmış  xəstəlik  isə  müalicə  oluna  bilər. Uşaqlar  hətta  yaxından  görmə dərəcəsi  az  olsa  da  eynək  istifadə  etməlidir. Stolüstü  flüorosent  lampalardan imtina  edir. Qidada A,C,E,PP,B2  vitaminləri, sink,β karotin  zənginləşdirilməlidir. A  vitamin  əsas  mənbəyi qırmızı, narıncı  və sarı  meyvə  tərəvəzlər (kök, şirin bibər, çaytikanı, itburnu,  balqabaq, gilas, qarağat) yumurta  sarısı,pendir,kərə yağı, qara  qırmızı  ikra , qaraciyər, balıq,balıq  yağı  qidada  əsas  yer  tutmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!