Faringit haqqında

Faringit haqqında
Xəstəliklər və müalicəsi
10.09.2017 348
Udlağın   selikli  qişasının   iltihabıdır.



Etiologiyası. Kəskin  faringit çox  zaman burun  axması  ilə  birgə müşahidə  olunur (rinofaringit). Xroniki  faringit, sinusit ( paranazal  sinusların  iltihabı) tonzilit  (badamcıqların   xroniki  iltihabıdı ) dişlərin  kariesi  fonunda  inkişaf  edir. Siqaret  çəkmək  spirtli  içkilərdə sui – istifadə, peşə  zərərləri  (toz, qaz) faringitin  inkişafında  rola  malikdir.



Maddələr   mübadiləsi  xəstəlikləri  (uşaqlarda  diatez, böyüklərdə  diabet) ürək  damar  sistemində durğunluq, qan yaradıcı  vəzlərin   xəstəlikləri  də  farangit  səbəbləri  arasındadır.



Simptomlar:

Udlağın   selikli  qişasının  irinli  ərplə  örtülməsi

Udlaq  follikulların  parlaq  qırmızı  dənələr  şəklini  alması

Dilin  ödemi, hiperemiyası

Udlaqda  quruluq

Udma  aktı  zamanı  ağrı



Klinik  formaları:

Farangitin  aşağıdakı  formaları  ayırd  olunur.

Xroniki  sadə  kataral  faringit.

Hipertrofik  qranuloyoz  faringit.



Xroniki  kataral  faringit:  Udlağın  selikli  qişasının   hiperemiyası, ödemi  qalınlaşması  xarakterikdir.  Arxa  divarın  səthi  şəffaf  və  ya tutqun   seliklə  örtülüdür.



Hipertrofik  forma:  Selikli  qişanın  və  selikaltı  qatın  birləşdirici  toxumanın qalınlaşması  və ödemi  ilə  xarakterizə  olunur. Selikli  qişanı  örtən  serroz  eksudat  selikli tədricən  formalaşır, hüceyrə elementləri ilə  əvəz  olunur. Selikli  qişa  daha  qalın  və  sıx   xarakter   alır. Selikli  və qədəhəbənzər  vəzlər  böyüyür. Qan  və  limfa  damarları  genişlənir. Çox  vaxt  limfositar  hüceyrələrlə  əhatə  olunur.  Hipertrofik  proses  əsasən  udlağın  arxa  divarında – qranulyoz   farangit  və  yan  divarında – lateral  hipertrofik  farngit  inkişaf  edir.



Atrofik  faringit: Selikli  qişa    nazikləşir,  onun  limfoid  toxuması  və  selik altı  qatı  qismən  birləşdirici  toxuma   lifləri  ilə  əvəz  olunur.  Selik  vəzlərinin   sayı  və  ölçüsü  kiçilir. Damarların   sayı  da  azalır, divarlar   qalınlaşır,  boşluğu  daralır  bəzən  obliterasiya  olunur.  Selikli  qişanı   keratin  təbəqə  örtür.



Müalicə: Faringitə  səbəb  olduğu  güman  olunan  faktorlar  aradan  qaldırılır. Konservativ  müalicə  edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!