Difteriya haqqında

Difteriya haqqında
Xəstəliklər və müalicəsi
10.09.2017 37
Difteriya – təhlükəli yoluxucu xəstəlikdir, hansı ki, Corynebacterium diphtheriae bakteriyası tərəfindən törədilir. Xəstəlik hava-damcı yoluyla yayılır; burun-udlaq və ağız-udlağın selikli qişasının iltihabıyla, ümumi intoksikasiyayla müşahidə olunur. Difteriya zamanı ürək-damar, sinir və ifrazedici sistemlər zədələnir.



Törədici, əsnəkdə iltihab yaradır.



Xəstəlik naxoşluq, yüksək bədən hərarəti, boğaz ağrısıyla müşahidə olunur; toksinin təsiri altında sinir sonluqları zədələnir.



Difteriyanın səbəbləri

Difteriyanın səbəbi - Corynebacterium diphtheriae bakteriyasıdır. Bakteriyanın toksigen ştammları tərəfindən ifraz olunan patogen difteriya ekzotoksini, ən güclü bakterial zəhərlərə aiddir.



İnfeksiya orqanizmə burun- və ağız-udlağın selikli qişalarından, konyunktivadan, cinsi orqanlardan, dəri və ya qulaqdan keçir. İltihab ocağı, infeksiyanın orqanizmə daxil olduğu yerdə yaranır.



İnfeksiyanın ocağı – xəstə adam yaxud difteriya çöpünün daşıyıcısı ola bilər.



Əksər hallarda xəstəlik hava-damcı yoluyla ötürülür, lakin həmçinin çirkli əllər və əşyalardan (qab-qacaq, oyuncaqlar, məişət əşyalarından) keçərək, dəri, göz və cinsi orqanların difteriyasına yoluxmaq olar. Bəzən törədici süd və süd məhsullarında çoxalır, və nəticədə xəstəliyin qidayla yoluxma halları baş verir.



İnsanlarda difteriyaya qarşı yüksək həssaslıq var; onları, xəstəlikdən və ya peyvənddən sonra əmələ gələn antitoksik immunitet qoruyur.



Difteriyanın simptomları

Difteriyanın simptomlarına aiddir: ümumi halsızlıq, bədən hərarətinin 38°С qədər yüksəlməsi, boğaz ağrısı. Əksər hallarda difteriyanı ilkin mərhələdə sadə KRX ilə səhv salmaq olar, lakin bir müddət sonra (1-2 gün) badamcıqlarda xüsusi ərp yaranır. Əvvəlcə bu ərp ağımtıl və nazik olur, lakin tədricən qalınlaşaraq boz rəngli olur. Xəstənin vəziyyəti yavaş-yavaş pisləşir, səsi dəyişir; bədən hərarətinin yüksəlməsi cüzi olur, zökəm və KRX-nın digər əlamətləri olmur.



Difteriya ərpi, boğaz ağrısı və iltihabı bir müddət sonra yox olur, lakin difteriya ekzotoksini ciddi təhlükə kəsb edir. Toksin yüksək sürətlə qana keçərək böyrəkləri, sinir sonluqlarını, ürəyi zədələyir. Məhz o, xəstəliyin təhlükəli ağırlaşmalarını törədir: miokardit (ürək əzələsinin zədələnməsi), nefroz (böyrəklərin iltihabi və distrofik zədələnməsi), sinirlərin çoxsaylı zədələnmələri. Xəstəliyin ağırlığı məhz ölümlə nəticələnə bilən fəsadlarla ölçülür.



Difteriyanın növləri

Ağız-udlaq difteriyası. Ağız-udlağın difteriyası, böyük və uşaqlarda bu xəstəliyin ən geniş yayılmış növüdür (90-95%). Xəstəliyin əvvəli KRX-nı xatırladır və orta intoksikasiyayla keçir: xəstə naxoşluq hiss edir, baş ağrıları, iştahasızlıq; dəri avazımış olur, taxikardiya əmələ gəlir, damaq və badamcıqlar şişir. Badamcıqlarda, hörümçək torunu xatırladan şəffaf pərdə əmələ gəlir (fibrozlu ərp), lakin xəstəlik inkişaf etdikcə (ikinci gün) ərp bozarır, qalınlaşır; ərpi kənar etmək çox çətindir, çünki selikli qişa qanaya bilər. 3-5 gün sonra difteriya pərdəsi yumşalır, onu götürmək asanlaşır; limfa düyünləri böyüyür, palpasiya zamanı xəstədə ağrı hissi olur.



Difteriya krupu. Difteriya krupunun 2 növü olur: qırtlağın difteriyası və qırtlaq, traxeya və bronx difteriyası. Son növü əksər hallarda böyüklərdə aşkar edirlər. Simptomlar arasında ən önəmlisi – güclü, hürüyən öskürək, səsin dəyişilməsi (boğuqluğu), solğunluq, tənəffüs çətinliyi, ürək döyünməsinin çətinləşməsi, sianoz. Xəstənin nəbzi zəyifləyir, arterial təzyiq çox aşağı düşür, şüur pozulması baş verir. Qıcolmalar zamanı insan asfiksiyadan ölə bilər.



Burun difteriyası. Burnun difteriyasını cüzi intoksikasiya müşahidə edir. Tənəffüs çətinləşir, irin və ya qanlı irin ifraz olunur. Burnun selikli qişasının ödemi, yara, eroziya və pərdələrin əmələ gəlməsi qeyd olunur. Əksər hallarda xəstəliyi gözlərin, qırtlaq və ağız-udlağın zədələnməsi müşahidə edir.



Gözlərin difteriyası. Xəstəliyin bu növü zəyif ifrazatla, konyunktivanın iltihabıyla, hərarətin mühüm olmayan yüksəlməsiylə xarakterizə olunur. Göz qapaqları şişir, qanlı-irinli maye ifraz olunur. Göz ətrafındakı dəri qıcıqlanmış olur. Xəstəliyin simptomları sürətlə inkişaf edir, gözün digər hissələrinin də zədələnməsi baş verərək növbəti xəstəliklər əmələ gəlir: gözün bütün toxuma və qişalarının kəskin irinli iltihabı, limfadenit.



Qulaq, cinsi orqanlar və dərinin difteriyası. Xəstəliyin bu növləri çox nadir hallarda rast gəlir və burun və ya əsnəyin difteriyasıyla birlikdə inkişaf edir. Zədələnmiş sahə şişir, üzərində difteriya ərpi əmələ gəlir, limfa düyünləri bərkiyir.



Cinsi orqanların difteriyası qanlı-irinli ifrazatla, sidik ifrazı zamanı ağrılarla müşahidə olunur. Dərinin difteriyası yara sahələrində, ekzema zamanı, dəridə çatlar olduqda əmələ gələ bilər. Zədələnmə yerində boz rəngli fibroz ərp yaranır.



Difteriyanın fəsadları

Difteriyanın ciddiyyəti, xəstəlik nəticəsində əmələ gələn təhlükəli ağırlaşmalarla ölçülür. Toksin, infeksion-toksik şok (orqanizmin bütün həyati vacib sistemlərinin kompleksli patoloji dönüşü) törədə bilər, həmçinin miokardit (ürək əzələsinin iltihabı), sinir sütünlarının çoxsaylı zədələnmələrini, böyrək kanallarının iltihabı və distrofiyasını törədə bilər və s.



Əsnək difteriyasının yerli növündə ağırlaşmalar 5-20% hallarda əmələ gəlir; xəstəliyin daha ağır formalarında, ağırlaşmaların əmələ gəlmə faizi xeyli artır. Difteriyanın kliniki forması nə qədər mürəkkəbdirsə, xəstədə o qədər də tez fəsadlar baş verir.



Ən çox ürək zərər çəkir: xəstəlikdən 2-3 həftə sonra miokardit baş verir. Böyrəklərin iltihabı, xəstəliyin ən kəskin mərhələsində baş verir. Sinir sistemi, difteriyanın kliniki formalarında zədələnir, həmçinin sağaldıqdan 2-3 ay sonra.



Difteriyanın profilaktikası

Xəstəliyin ən güclü profilaktika üsulu – vaksinasiyadır. AGDT (göy öskürək, difteriya və tetanusa qarşı vaksin) tərkibinə difteriya anatoksini daxildir. Təəsüf ki, vaksin panaseya deyil, lakin insanı xəstəliyin ağır formalarının inkişafından qoruya bilər.



Bu ciddi xəstəliyin yayılmasının qarşısını həmçinin xəstələrin vaxtında aşkar edilməsiylə, onların izolyasiyası və müalicəsiylə almaq olar. Məhz bunun üçün təhsil ocaqları və iş kollektivlərində illik müayinələr keçirilir.



Anginanın və badamcıq iltihabının xroniki formalarına düçar olan insanlar ciddi nəzarət altında olmalıdırlar, çünki ilk növbədə məhz onlar difteriya xəstəliyinin risk qrupuna daxildirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!