Göz sağlamlığınızı pozan vərdişlər

Göz sağlamlığınızı pozan vərdişlər
Xəstəliklər və müalicəsi
10.09.2017 15
Gözlərinizin sağlamlığına və qulluğuna diqqət edirsinizmi? Üzünüzdə ilk olaraq diqqət çəkən gözləriniz hislərinizi ifadə edir. Bəs hansı səhvlər göz sağlamlığınızı poza bilər?



Kontakt linza ilə yatmaq

Kontakt linzalar gözünüzdə görmə problemlərinin düzəldilməsində və göz rənginin dəyişdirilməsində istifadə olunur. Rahat istifadə və çeşidlilik kontakt linzaların get-gedə daha da populyar olmasına səbəb olur. Ancaq kontakt linzaların təmizlik və qulluğuna diqqət göstərmək, istifadə müddətinə nəzarət etmək və axşam yatarkən mütləq linzaları çıxarmaq lazımdır.



Gözləri ovuşdurmaq və qaşımaq

Gözlərinizi çox ovuşdurmaq və qaşımaq keratokonus xəstəliyinin yaranmasına səbəb ola bilər. Allergiya səbəbilə qaşıntı hissi yaşayan insanların müalicə almaları vacibdir.



Kompüter arxasında uzun müddət keçirmək

Günümüzdə insanların kompüterdə oturma müddəti 7-8 saatdır. Davamlı şəkildə ekrana baxılaraq iş görülməsi isə gözlərdə mənfi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də bəzən ekrandan uzaqlaşaraq gözlərinizə istirahət verməlisiniz.



Keyfiyyətsiz gün eynəyindən istifadə

Bir çox insan günəşin dəriyə zərər verdiyini bilsə də gözlər üçün zərərli olduğunu bilmir. Küçəyə çıxdığınız zaman günəşin altında gözlərinizi qıymaq gözünüzə zərərli ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!