O xal, nə xaldır üzə düzdürmüsən…? - Melanoma xəstəliyi

O xal, nə xaldır üzə düzdürmüsən…? - Melanoma xəstəliyi
Xəstəliklər və müalicəsi
10.09.2017 26
Melanoma ən təhlükəli xərçəng növündən biri sayılır. Xəstəlik tez inkişaf edir və metastazlar verir.



Bəzən bu xəstəliyin səbəbi insanın bədənində uzun illər ərzində olan "zərərsiz” xal olur. Təbii ki, bütün xallar xərçəngə çevrilmir. Lakin insanın bədənində çoxlu sayda xallar (və xüsisilə iri "həcmli” xallar) olduqda insan çox diqqətli olmalıdır və xalın xərçəngə çevrilməsinin simptomlarını bilməlidir.



Bu simptomların arasında:

– xalın asimmetrik olması. Bunun üçün xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın  "hissələrinə” diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.



– xalın kənarları nahamar – dalğavari və ya "dişli” şəkil aldıqda.



– xalın rəngi normada dəyişilməməlidir. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara), bu təhlükəli simptom sayılır.



– xalın ölçüləri böyük olduqda (6 mm və daha artıq) bu onun melanomaya çevrilməsi riskini artırır. Xal birdən böyüməyə başladıqda bu xərçəngin simptomu ola bilər.



– xalın üzərində çatlar, qabıqlar əmələ gəldiqdə, xal qanamağa, qabıq verməyə başladıqda, xalın teksturası dəyişildikdə, bu narahatçılıq üçün ciddi səbəb yaradır.



Əgər Siz özünüzdə sadalanan simptomlardan heç olmasa birini aşkar etmisinizsə, mütləq dermatoloqa müraciət edin. Lazım olduqda dermatoloq Sizi onkoloqun müayinəsinə göndərə bilər. Melanoma diaqnozu təsdiq olunduqda, dərhal müalicəyə başlamaq lazımdır. İlkin mərhələdə bu xəstəlik tam müalicə oluna bilər.



Melanomanın risk faktorları aşağıdakılardır:



– gün vannalarından süi-istifadəsi (xüsusilə günün maksimal aktivlik vaxtlarında – 12.00-dan -16.00-a kimi).



– xalın travması (qopma, zədələnmə).



– xalın paltarların detalları ilə (kəmər, yaxalıq, büsthalter) daim sürtülməsi və ya sıxılması.



– orqanizmdə gedən hormonal dəyişikliklər (hamiləlik zamanı və s.).



Bir qrup insanlarda xalın melanomaya çevrilməsi riski digər insanlarla müqayisədə daha yüksək olur. Bu dərisi və saçları açıq rəngdə olan, bədənində çoxlu iri (6 mm-dən böyük) xallar olan, yaxın qohumları arasında melanoma xəstəliyi olan insanlara aiddir.



Bəzi hallarda (xal çox iri olduqda, "pis” yerdə yerləşdikdə və s.) insana xalın xaric olunması məsləhət görülür. Bu melanomanın inkişaf etmə riskini azaldır. Lakin bu əməliyyatı mütləq həkim (kosmetoloq yox!) etməlidir və xaric olunmuş xalın hüceyrələri mütləq histoloji analiz olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!