Ofisdə işləyənlər təhlükədədir

Ofisdə işləyənlər təhlükədədir
Xəstəliklər və müalicəsi
10.09.2017 55
Ofisdə işləyənlər ildə 9 gün xəstəliyə görə icazə alır. Bu insanlar gün ərzində 10 milyon bakteriya ilə işləyir. Xəstəliklərin 80%-i mikroblarla birbaşa təmas nəticəsində yaranır.



İngiltərədə aparılan araşdırma nəticəsində belə qənaətə gəlinib.



Araşdırmalara görə, orta böyüklükdə bir iş masası üzərindəki mikroblar tualetdən 400 dəfə çoxdur. Bir ofisdəki kompüter klaviaturasında 7 min 500 bakteriya var.



Bu viruslar ofisdəki stollarda 24 saat yaşayır. Araşdırmalar göstərir ki, ofisdə işləyənlərin 1/5-i işə başlamadan əvvəl stollarını təmizləmir. Onların 20%-i mausu heç vaxt təmizləmir. İşçilərin 2/3-si iş stolunda yemək yeyir. Bu da bakteriyaların yaranmasına səbəb olur. Mühasibatların stolları və telefonlarının hər 2 santimetrində 6030, bank işçilərininkində isə 5400 bakteriya var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!