Sonsuzluğun çarəsi tapıldı

Sonsuzluğun çarəsi tapıldı
Xəstəliklər və müalicəsi
10.09.2017 17
Aspirinin daha bir faydası aşkarlanıb



Aparılan araşdırmalar aspirinin sonsuzluğa çarə ola biləcəyini ortaya çıxarıb. ABŞ-da 128 min xəstənin iştirak etdiyi araşdırma sübut edib ki, aspirin qadının hamilə qalmaq şansını artırır. Bu günə kimi, adətən, soyuqlama, baş ağrısı və revmatizm ağrılarına qarşı istifadə edilən aspirinin bundan sonra ana olmaq istəyən qadınların müalicəsində də əhəmiyyətli yer tutacağı ehtimal edilir. Alimlərin sözlərinə görə, aspirin yumurtalıqlara daha çox qan getməsini təmin etdiyi və ana bətnini möhkəmləndirdiyi üçün uşaqsalma hallarının qarşısını alır. Həkimlər bildirirlər ki, süni mayalanma üsuluna müraciət edən qadınlar da aspirindən istifadə etməlidirlər.



Ancaq aspirinin mənfi xüsusiyyətləri də var. Ona görə də, onu həkimlə məsləhətləşdikdən sonra qəbul etmək lazımdır. Mədə problemlərindən və astmadan əziyyət çəkənlər isə, ümumiyyətlə, aspirindən uzaq durmalıdırlar.



Xatırladaq ki, alimlər bundan əvvəlki araşdırmalarında da aspirinin xərçəng xəstəliyinə qarşı mübarizədə faydalı olduğunu iddia etmişdilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!