Ağılsız adamlar həqiqətənmi xoşbəxt olurlar?

Ağılsız adamlar həqiqətənmi xoşbəxt olurlar?
Xəstəliklər və müalicəsi
10.09.2017 45
İngilis elm adamları "IQ” səviyyəsi aşağı olan insanların az məvacib aldığını, səhhətləriylə bağlı müxtəlif problemlər yaşadığını, gündəlik həyatda başqalarının köməyinə daha çox ehtiyac duyduqlarını bildiriblər və bu amillərin onların özlərini bədbəxt kimi hiss etməsində böyük rol oynadığını bildiriblər.

6 870 respondentin iştirak etdiyi sorğuda iştirakçılara özlərini xoşbəxt hesab edib-etmədikləri soruşulub. "Özünü çox xoşbəxt hesab etdiyini” deyən iştirakçıların 43%-i "IQ” səviyyəsi 120-129 olan qrupda yer alanlar olub. "Özünü çox bədbəxt” hiss edənlərin böyük əksəriyyəti isə "IQ” səviyyəsi 70-79 olan insanlar olub.

Araşdırmanın rəhbəri Angela Hassiotis deyib ki, əldə edilən nəticələr "IQ” səviyyəsi normal səviyyədən aşağı olan insanların özlərini bədbəxt hesab etmək ehtimalının daha yüksək olduğuna dəlalət edir.

Hassiotis yoxsul ailələrin uşaqları üçün nəzərdə tutulan uzun müddətli sosial strategiyanın həm uşaqların zəka səviyyəsinə, həm də xosbəxtliklərinə müsbət təsir edə biləcəyini deyib. Araşdırma "IQ” səviyyəsi aşağı insanlara daha çox dəstək olmaq gərəkdiyini göstərib.

Qeyd edək ki, insanda normal "IQ” səviyyəsi 90-110 kimi qəbul edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!